İslamiadada Türkiyə-Azərbaycan liderliyi
Mayın 18-i üçün “Bakı-2017”də nəzərdə tutulan yarışlar başa çatıb. Axar.az xəbər verir ki, millimiz Türkiyə yığmasına medal əyarına görə bir qədər də yaxınlaşıb. Bu gün idmançılarımız daha 9 qızıl medal qazanıb.
Bununla da millimizin qızıllarının ümumi sayı 59-a çatıb. Komandamız bu gün 4 gümüş və 4 bürüncü də aktivinə yazdıraraq medal sayını 116-ya çatdırıb. Birinci yeri 60 qızılla Türkiyə, üçüncü yeri 16 qızılla İran tutur.
Short URL: http://www.cumhuriyyet.net/?p=94228