Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirildi – VİDEO

24.06.2017 - 11:55

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib

Müdafiə Nazirliyindən Cumhuriyyet.net-ə verilən məlumata görə, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.

Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.

Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.

Eyni zamanda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində “Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək.

Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Silahlı Qüvvələrinizin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcək.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95411

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930