Yasamalın yeni icra başçısı kim olacaq? – İDDİA

12.07.2017 - 13:25

Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir

Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal həm də son zamanlar ən qalmaqallı rayona çevrilib.

Bu rayon ərazisində son zamanlar baş tutan etiraz aksiyaları, əhalinin evinin sökülməsi və ən son Hacı Cavad Məscidinin icazəsiz söküntüsü İbrahim Mehdiyev üçün son hədd oldu və başçı Prezidentin sərəncamı ilə işdən çıxarıldı.

Məlumata görə, bu rayona adı qalmaqalda hallanmayan, mətbuatda haqqında neqativ yazılar getməyən məmurlardan biri təyin olunacaq.

İddiaya görə, Yasamal rayon icra hakimiyyətinin yeni başçısı Tahir Budaqov olacaq. Onun icra başçısı təcrübəsi olması şansını daha da artırır. (AZXEBER.COM)

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31