Əliməmməd Nuriyev: “Azərbaycanda qadınlar hər zaman xüsusi mövqeyə malik olublar – tarixdən misallar gətirə bilərik”

16.07.2017 - 01:29

“Azərbaycan qadınları humanizmi, yüksək ədalət hissi, məsuliyyət və ictimai maraqları daha çox qorumaları ilə fərqlənirlər”

Gender bərabərliyi haqqında bu dəfəki müsahibimiz “Kostitusiya” araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyevdir.

– Əliməmməd bəy, təşkilatınız 2017-ci il 14 iyunda keçirilən seçkilərdə Dövlət Komitəsi yanında yaradılan İctimai Şuraya üzvlərdən biri seçilib. İctimai Şuranın yaradılma məqsədi nədir və fəaliyyəti nədən ibarət olacaq?

– Bilirsiniz ki, İctimai Şuralar “İctimai iştirakçılıq haqqında” qanuna əsasən yaradılır. Qanun İctimai Şuralara kifayət qədər geniş fəaliyyət çərçivəsi verib. Şuralar ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi, müvafiq sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi, hüquqi aktların layihələrinin hazırlanması, ictimai rəyin öyrənilməsi ilə bağlı təkliflər vermək, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək, ictimai müzakirələr təşkil etmək hüququ var. İctimi Şuralar mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur. Bununla belə, İctimai Şuraların qanunvericiliklə nəzərdə tutulan mandatı qərarların qəbulu və icrası prosesində iştirak etmək, ictimai nəzarətin həyata keçirilməsi üçün kifayət qədər böyük imkanlar yardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai Şura bütün bu istiqamətlərdə çox fəal işləyəcək. Buna qədər də Komitə vətəndaş cəmiyyəti ilə çox geniş əməkdaşlıq edirdi. İndi bu əməkdaşlıq institusional səviyyəyə keçdi və yeni imkanlar yaranır. İctimai Şura Azərbaycanda ailə institunun möhkəmləndirilməsi, gender məsələləri, uşaq hüquqlarının qorunması, məişət zorakılığına qarşı mübarizə, qadın iştirakçılığı və s istiqamətlərdə dövlət siyasətinin səmərli həyata keçirilməsində Komitəyə yardım göstərəcək. Eyni zamanda İctimai Şura Komitənin vacib hesab etdiyi məsələlərin aktuallaşdırılması və hökumətin gündəliyində prioritetlərə çevrilməsi istiqamətində fəaliyyət göstərəcək. Şura Konitə ilə vətəndaş cəmiyyətinin, müxtəlif sosial təbəqlərin, özəl sektorun, beynəlxalq təşkilatlarla əməkdaşlığının güclənməsində öz töhfəsini verəcək.

– Azərbaycanda gender bərabərliyi qanunla tənzimlənsə də onların həyata keçirilməsindəki problemlərin səbəbləri nədir?

– Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun əlavə protokoluna qoşulmuşdur.

Azərbaycan hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə etmişdir. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitənin əsas məqsədləri – qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır. Azərbayanda 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub.

Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.

Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın bütün rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər.

Bir çox qurumlarda onlar mütəxəsis səviyyəsində, bəzilərində isə hətta Sədr/Nazir Müavini və Sədr/Nazir məsləhətçisi səviyyəsində fəaliyyət göstərirlər.

Gender məsələləri üzrə məsul olan şəxslərin əsas vəzifələrindən biri Qadın məsələləri üzrə Milli Fəaliyyət Planının müvafiq müddəalarını həyata keçirmək və müxtəlif sənədlərin milli səviyyədə qəbul olunması üçün işçi qruplar səviyyəsində müzakirələrdə iştirak etməkdir.
2016-cı il üzrə Qlobal Gender Bərabərsizliyi İndeksində Azərbaycan 144 ölkə arasında 86-cı yeri tutur. Düşünürəm ki, Azərbaycanın yeri mövcud potensiala adekvat deyil. Amma son illər gender bərabərsizliyi ilə bağlı statistika yaxşılığa doğru dəyişməkdədir. Bu qadınlarımızın cəmiyyətin bütün sahələrində fəal mövqe tutmasının göstəricisi sayıla bilər. 2016-cı ilin yekunlarına əsasən isə Azərbaycan əhalisinin ümumi sayı 9,705,600 nəfər olub ki, bunun da 4,835,600 nəfərini (49,8 faiz) kişilər, 4,870,000 nəfərini (50,2 faiz) isə qadınlar təşkil edib.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%- ə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%- ə çatıb”.
Bu gün bədən tərbiyəsi və idmanla məşğul olanların 40% -i qadınlardır: “Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlib. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil edib.

Eləcə də hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır.

– Daha hansı sahələrdə qadınlarımızın fəaliyyətini artırmaq lazımdır?

– Problemlərdən biri kimi qadın sahibkarlığının nisbətən zəif inkişaf etməsini, dövlət qulluğunda qərarvermə səviyyəsində qadınların azlığı, siyasi iştirakçılıq məsələlərində qadınlarımızın fəal olmamasını göstərmək olar. Eyni zamanda diplomatik xidmət, hüquq-mühafizə orqanları, məhkəmə sistemində qadınlarımızın sayının artmasına ehtiyac var.

Ən diqqət yetirməli olan məsələlərdən biridə qadınlarımızın daha çox spesifik sahələrə meyl göstərməsidir. “Konstitusiya” araşdırmalar fondunun apardığı araşdırmalarda, keçirdiyi tədbilərdə daha çox bu məsələ qabarır. Qadınlar sanki, proqramlaşdırılmış kimi, tibb, təhsil, mədəniyyət-incəsənət, iaşə sahələrini seçirlər. Biz bir jurnal hazırlayırdıq, “Qadın və cəmiyyət”, müsahiblərdən biri kimi gənc mühəndis xanım axtaırdıq ki, fikrilərini öyrənək. Çox çətinliklə bir gənc mühəndis xanım tapa bildik. Eləcə də, memarlıq, yüksək səviyyədə menecer, yəni top-menecment səviyyədində qadınalrımız çox azdır. Bu məsələlərə diqqət etmək lazımdır.

– Qeyd etdiyiniz məsələləri həll yolu nədədir?

– Qanunvericiliyin təkmilləşməsi zəruridir, 2006-cı ildə qəbul olunan qanuna və digər nornativ-hüquqi aktlara yenidən baxmaq olar. Amma əsas məsələ əlverişli mühit yaradılması və cəmiyyət səviyyəsində yanaşmanın dəyişməsidir. Biz hər şeyi süni şəkildə də irəli aparmağa çalışmamalıyıq. Bu çox ziyanlıdır. Biz elə bir mühit yaratmalıyıq ki, qadınlarımız özlərinə layiq olduqları yeri tuta bilsinlər. Bunun üçün isə cəmiyyətin bütün təbəqlərinin səyi lazmdır. Dünya praktikası göstərir ki, gender bərabərsizliyi az olan ölkələrdə ictimai münasibətlərdə harmoniya daha çox müşahidə olunur.

– Sizin də təşkilatınız daxil olmaqla gender bərabərliyinin əldə edilməsində QHT-lərin fəaliyyəti qənaətbəxşdirmi?

– Vətəndaş cəmiyyəti bu istiqamətdə çox fəaldır. Amma səylərin daha çox nəticə verməsi üçün özəl sektor və hökumətin bütünlükdə dəstəyi lazmdır. Yalnız bir Komitə ilə bütün bu vəzifələri həll etmək mümkün deyil. Gender məsələləri hökumətin gündəliyində prioritetlərədn biri olaraq qalmalıdır. Eyni zamanda özəl sektorun fəaliyyəti təşviq olunmalıdır.

– Əməkdaşlıq etdiyiniz qadın QHT-ləri varmı?

– Demək olar ki, gender msələləri ilə məşğul olan bütün aparıcı QHT-lərlə əməkdaşlıq təcrübəmiz var. Biz onların fəaliyyətini çox yüksək dəyərləndiririk. Ad çəkmək istəmirəm, amma ixtisaslaşamış, gender məsələləri ilə məşğul olan QHT-lərimiz kifayət qədər böyük təcrübə və bilik əldə ediblər. Onların praktika və tücrübəsi bütün cəmiyyətimizə lazmdır. Onlar bir çox hallarda könlüllü olaraq işləyirlər, əllərindən gələni edirlər. Biz də dəstək veriririk, tərəfdaşlıq edirik və bu fəaliyyətmiz davam edəcək.

– Ölkədə bir qarşı cinsin numayendesi kimi qadınların potensialını necə qiymətləndirirsiz?

– Azərbaycanda qadınlar hər zaman xüsusi mövqeyə malik olublar. Tarixdən çoxsaylı misallar gətirə bilərik. Amma günümüzda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı nümunə göstərmək olar. Onun timsalında Azərbaycan xanımlarının potensialından söz aça bilərik. Mehriban xanım həm də ictimai lider kimi qadınlarımızı hər zaman ruhlandırır, motivasiya edir. Müsbət nümunələr yaratmaqla gender problemlərinin həllinə çox böyük töhvə verir.
Azərbaycan xanımları bu gün vətəndaş cəmiyyətində, siyasətdə, iqtisadiyyatda, KİV-də, xüsusən mədəniyyət, incəsənət, idman, təhsil, səhiyyə sistemində özlərini təsdiqləyirlər. Qadın liderlərimiz bütün cəmiyyətmiz üçün müsbət nümunələr yaradır. Bugün ki, tariximizin unudulmaz səhifələrinin diqqətəlayiq hissəsini qadınlarımız yaradır.

Azərbaycan qadınları humanizmi, yüksək ədalət hissi, məsuliyyət və ictimai maraqları daha çox qorumaları ilə fərqlənirlər. Bu keyfiyyətlər bütünlükdə xanımlara aid olsa da Azərbaycan xanımlarinda daha çox özünü biruzə verir. Biz öz işimizdə, gündəlik həyatımızda bunu hər an hiss edirik. Qadınlar kiafyət qədər təmsil olunan sahələrdə də əvvəl qeyd etdiyim keyfiyyətlər qabarır. Əminəm ki, yaxın gələcəkdə biz xanımlarımızın daha çox özünü təsdiqləmələrinin şahidi olacağıq.

Yazı “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin “Bərabərlik haqqımızdır” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930