Millət vəkili siqaret çəkənlərə səsləndi

26.07.2017 - 11:47

“İnək sidiyini qatıb insanlarda siqaretə alışqanlığı artırırlar”

Cumhuriyyet.net AzNews.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa siqaretin tərkibində heyvan sidiyinin olması ilə bağlı məlumatı şərh edərkən deyib.

O bildirib ki, ən böyük arzusu siqaretin tərkibində insan sidiyinin bütün çeşidlərinin aşkarlanmasıdır: “Kim çıxıb söyləsə ki, siqaret çəkmək haramdır, kimliyinə baxmadan canü-könüldən dəstəkləməyə hazıram. İradəniz, ağlınız-kamalınız olsun, çəkməyin! Əvvəllər spirtli içki içən bir tanışa rast gəlmişəm, maddi imkanları da çox aşağı səviyyədədir. 100-200 manata ehtiyacı olduğunu və içkini atdığını eşitdirir. Deyir ki, namaz da qılıram, ancaq, siqareti ata bilmirəm. Deyirəm ki, tövsiyəmə əməl etsən, ayın sonunda sənə 200 manat çatacaq. Soruşdu ki, necə? Dedim ki, bu gündən siqareti atırsan, ayın sonunda 200 manat irəlisən, uşaqlarının canı da bu zəhər iyindən qurtarmış olar”.

Fazil Mustafa qeyd edib ki, siqaret çəkməyin ikinci hissəsi isə narkotik vasitələrin aludəçiliyi deməkdir: “Hər dəfə siqaret çəkən insan görəndə düşünürəm ki, insan yaradanın ona bəxş etdiyi bədəni və ruhu bu sayaq necə zəhərləyə bilər? Xüsusilə təhsili, normal dünyagörüşü olan insanların bu cür xəbərdarlıqlara necə laqeyd yanaşdığına heyrətlənməmək olmur”.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97270

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31