Azərbaycanlı milyarder lüks gəmisi və 50 nəfərlik qoruması ilə Bodrumda – FOTOLAR

14.08.2017 - 10:54

62 yaşlı Azərbaycan əsilli milyarder Fərhad Əhmədov lüks gəmisi ilə Bodrumun Yalıkavak məhəlləsindəki Küdür yarımadasında lövbər salıb.


“A24.az”ın Türkiyə KİV-lərindən əldə etdiyi məlumata görə, dünyanın ən zəngin iş adamları arasında yer alan qaz istehsal edən şirkətlərdən “Northgas”ın sahibi rus milyarder Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədova, 3 övladı və yaxınları ilə birlikdə 115 metrlik lüks “Luna” gəmisi ilə dünən Bodruma gəlib. Azərbaycan əsilli milyarder Yunanıstanın Korfu, Mikonos, Tilos, Leros adalarını gəzdikdən sonra ailəsi ilə birlikdə Bodrumda dayanıb. Nəhəng gəmini görmək istəyənlər əraziyə axın etməyə başlayıb. “Luna” gəmisinin üzərində bolluca günəş şüası qəbul edən Əhmədov mükəmməl şəkildə istirahət etməyi bacarıb.


Lakin Bodrum sahillərində lövbər salan gəminin ətrafında 6 istiqamətdə qayıqlarla təhlükəsizlik tədbirləri alınıb.
Azərbaycanlı iş adamının balıqçılardan 150 kiloqrama yaxın squid, sprut və bölgədə üzən balıq növlərindən aldığı məlum olub. Əhmədovun nəhəng gəmini bu ilin əvvəllərində İngiltərə futbol komandası “Chelsea”nin sahibi rusiyalı milyarder Roman Abramoviçdən aldığı bildirilir.


Üzmək üçün hovuzu, helikopter üçün meydançası, mini dənizaltısı, 6 ədəd sürətli qayığı, gülləkeçirməz şüşələri və hər növ raket atəşlərinə qarşı güclü müdafiə sistemi olan polad gövdəli “Luna” gəmisi saatda 30 km-lə hərəkət edə bilir.
Bundan başqa lüks gəmidə 30 nəfər xidmətçi, 20 nəfər qoruma olmaqla 50 nəfər xidmət göstərir.
Əldə edilən məlumatlara görə, Fərhad Əhmədov ailəsi ilə birlikdə hələ 10 gün Bodrumda istirahət edəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=98011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31