Azərbaycanda işdən çıxarılan yüksək vəzifəli məmurla bağlı YENİ XƏBƏR

02.04.2021 - 09:40

 

Azərbaycanda işdən çıxarılan yüksək vəzifəli məmurla bağlı YENİ XƏBƏR
2019-cu ildə Vergilər Nazirliyində baş vermiş korrupsiya faktları ilə bağlı işdən çıxarılan və barəsində cinayət işi açılan vəzifəli şəxslə bağlı yeni xəbər var.

Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəyən 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimov barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=161902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930