AZAL hüquq-mühafizə orqanlarına müraciət etdi

21.05.2021 - 07:18

 

AZAL hüquq-mühafizə orqanlarına müraciət etdi

 

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) onun adından fırıldaqçılıq faktları barədə məlumat daxil olub.

Bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar. ⠀

Aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb.

AZAL ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır. Aviaşirkət öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=163746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31