Hikmət Hacıyev Aİ səfirləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq öz tvitter səhifəsində yazıb.
“Regional sülhün perspektivləri, Azərbaycanla Aİ arasında əməkdaşlıq sahələri və “Şərq Tərəfdaşlığı” proqramına dair canlı müzakirələr aparılıb”, – səfir deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=163877