Siyavuş Novruzovdan 4 mühüm təklif

25.05.2021 - 12:51

 

Syavuş Novruzovdan 4 mühüm təklif

 

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Azərbaycanın post-müharibə dövründə qarşısında duran məsələlər haqqında təkliflərlə çıxış edib.

Parlamentin bu gün keçirilən iclasında Siyavuş Novruzov Azərbaycanın qarşısında 4 məsələnin həll edilməli olduğunu bildirib.

Komitə sədri deyib ki, bunlardan birincisi, sərhədlərin dəqiqləşdirilməsidir ki, bu saat proses gedir, bundan bir addım da geri çəkilmək olmaz:

“İkincisi, Zəngəzur dəhlizinin nə olur-olsun açılmasıdır. Bütün təbliğatımızı, fəaliyyətimizi buna həsr etməliyik. Çünki bu həm bizə, həm də digər ölkələrə təsir edir.

Üçüncüsü, minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməsidir. Bu istiqamətdə bütün beynəlxalq konvensiyaların imkanlarını istifadə etməliyik.

Dördüncü məsələ isə Azərbaycanın ərazi bütövlüyüdür ki, biz bunu birdəfəlik həll edib, gələcək nəsillərə buraxmamalıyıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=163902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31