Erməni hərbçilərin Kəlbəcərə girməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

02.06.2021 - 16:35

 

Erməni hərbçilərin Kəlbəcərə girməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 1 iyun 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində növbəti təxribatının qarşısı alınıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 40-a yaxın şəxsi heyətlə Azərbaycan ərazisinə daxil olan erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.

Ermənistan tərəfinin iki dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin məqsədyönlü şəkildə bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.

Tərəfimizdən bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu həllinin vacibliyini vurğulayırıq. Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.

Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, əsassız şəkildə sərhəd məsələsində gərginliyi artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=164189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31