FHN-in “Telegram” kanalı istifadəyə verildi

08.07.2021 - 16:24
FHN-in “Telegram” kanalı istifadəyə verildi

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir.

Bu çərçivədə vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq Nazirliyin rəsmi “Telegram” kanalı istifadəyə verilib. “Fövqəladə Hallar Nazirliyinin rəsmi kanalı” (https://t.me/fhn_official) adı ilə ictimaiyyətə təqdim olunan kanalda Nazirliyin fəaliyyəti, keçirilən tədbirlər barədə, habelə maarifləndirici xarakterli materialların paylaşılması nəzərdə tutulub.

Qeyd edək ki, Nazirliyin Facebook (@officialfhn), Twitter (@officialfhn), İnstagram (@officialfhn) sosial şəbəkə səhifələri, habelə Youtube kanalı (FHN Official) uzun müddətdir fəaliyyət göstərir.

Short URL: http://www.cumhuriyyet.net/?p=164929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31