Azərbaycanda bəy və gəlin toya buraxılmadı – FOTO

29.07.2021 - 09:08
Azərbaycanda bəy və gəlin toya buraxılmadı - FOTO

 

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

Növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən “Eldayaq” şadlıq sarayında kecirilib.

Məlum olub ki, bəy İsaq Cabir oğlu Səmədov və gəlin Səbinə Əlvan qızı Qurbanova vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.(Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=165460

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31