Məlahət İbrahimqızı: Heç bir toxunulmazlıq qanunları pozmağa haqq qazandırmır

02.08.2021 - 15:36

 

Məlahət İbrahimqızı: Heç bir toxunulmazlıq qanunları pozmağa haqq qazandırmır

 

“Azərbaycan hüquqi dövlətdir. Bizim konstitusiyamız var. Konstitusiyamızda hüququn aliliyi prinsipləri mövcuddur. Bu ölkədə hər kəs üçün hüquq alidir. Heç kəsin hüququn aliliyi qarşısında toxunulmazlığı yoxdur. Qanunun aliliyinə riayət edilməsi ilə bağlı kiminsə kimdənsə üstünlüyü yoxdur. Millət vəkili, qanunverici hakimiyyətin təmsilçisi isə hüququn aliliyinə müqəddəs bir prinsip, dəyər kimi hörmət etməlidir”.

Bunu çıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı deputat həmkarı Eldəniz Səlimovun Xaçmaz rayonunda polisi döyməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, sözsüz ki, bu məsələ araşdırılacaq: “Son sözü hüquq-mühafizə orqanları deyəcək. Bəzən deyirlər ki, deputatların toxunulmazlıq statusu var. Amma belə deyil, hüququn aliliyi qarşısında hər kəs bərabərdir. Qanun pozulubsa, qaydalar pozulubsa, heç kəsin toxunulmazlıq hüququ ola bilməz. Hesab edirəm ki, heç bir toxunulmazlıq qanunları pozmağa, tapdamağa haqq qazandırmır. Əksinə, ziyalılar, millət vəkilləri başqalarına nümunə olmalıdırlar”.

Məlahət İbrahimqızının sözlərinə görə, məlum hadisə ilə bağlı məsələni mətbuatdan oxuyub:

“Həqiqətən də çox üzücü bir hadisədir. Hədsiz dərəcədə üzücü bir olaydır. Milli Məclisin deputatına, millət vəkilinə, seçilmiş bir insana, ziyalıya yaraşmayan bir hərəkətdir. Xəbəri ilk dəfə mətbuatdan oxuyanda hələ Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməmişdi. O zaman içimdən keçdi ki, kaş bu məsələ öz təsdiqini tapmayaydı. Çünki bir millət vəkilinin qanunvericiliyi tapdaması, ona zidd əməllər törətməsi, ictimai qaydaları pozması Milli Məclisin fəaliyyətin, bəzən bütün millət vəkillərinin fəaliyyətinə kölgə sala bilir. Bu mənada həmin hadisə ilə bağlı ilk dəfə məlumatı oxuyanda düşündüm ki, kaş bu hadisə öz təsdiqini tapmayaydı. Amma təssüf ki, Daxili İşlər Nazirliyi tərəfindən təsdiqləndi. Məlumatlar prokurorluğa da göndərildi. Milli Məclisin bir deputatının da adının belə bir olayda – könül bulandıran, qanun pozuntuları ilə müşahidə olunan hadisələrdə hallanması çox üzücüdür. Mən də çox üzüldüm, çox sıxıldım”.

Short URL: http://www.cumhuriyyet.net/?p=165587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31