Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədinin şimal-şərqini bağlayıblar

Rusiya sərhədçiləri Ermənistanın Tavuş vilayətinin Voskepar icmasında yerləşiblər.
Bu barədə avqustun 5-də Ermənistan Müdafiə Nazirliyi xəbər verib.
Bu rayonda mühəndis işləri Ermənistanın şimal-şərq bölgəsində dislokasiya olunmuş Rusiya hərbçilərinin arxa təminatı üçün həyata keçirilir.
«Göstərilən proses Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirilir» – nazirlik əlavə edib.
Xəbər verildiyi kimi, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin dayaq məntəqələrinin Azərbaycanla sərhədin şərq hissəsində yerləşdirilməsini təklif etmişdi və qeyd etmişdi ki, bu, delimitasiya və demarkasiya işlərini döyüş toqquşmaları olmadan həyata keçirməyə imkan verər.
Hökumətin iyulun 29-dakı iclasında Paşinyan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanla sərhəddə blokun monitorinq missiyasının yerləşdirilməsi imkanlarına baxmağa çağırmışdı.
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=165680