KTMT-nin baş katibi Azərbaycanla sərhədə gəldi – FOTO

11.08.2021 - 08:35

 

KTMT-nin baş katibi Azərbaycanla sərhədə gəldi - FOTO

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanın cənub-qərb sərhədinə səfər edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, onu Ermənistan Silahlı Qüvvələrinin Ümumi Təlim İdarəsinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini, general-leytenant Andranik Makaryan müşayiət edib.

Qeyd edilib ki, təşkilatın baş katibi, xüsusən sərhədin Yerasx (Arazdəyən) hissəsində yerləşən hərbi istehkama baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub.

Stanislav Zasa hər zaman olduğu kimi, bu dəfə də erməni komandanlar tərəfindən yanlış məlumatlar verilib.

KTMT baş katibi bazadakı xidmətlə tanış olub və hərbçilərlə söhbət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=165843

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31