“Gecə yarısına kimi masaj salonları işləyir…” – Qarabağ Qazisi “İstisu”dakı rəzalətdən danışdı

13.08.2021 - 15:43
“Gecə yarısına kimi masaj salonları işləyir...” - Qarabağ Qazisi “İstisu”dakı rəzalətdən danışdı
Xəbər verdiyimiz kimi ölkənin cənub rayonlarından olan Masallıda yerləşən “İstisu” sanatoriyasından illərdir ki, mətbuatda şikayət yazıları dərc olunur. İnsanların bəziləri bura ailəylə gəlməyin etik olmadığını bildirir. Onların sözlərinə görə sanatoriyada masaj salonu adı altında fahişəxanalar fəaliyyət göstərir.
Bir neçə gündür ki, cənub bölgəsinə gedən Vətən müharibəsi qazisi, baş leytenant Pərvin Abdullayev də “İstisu” sanatoriyasında qarşılaşdığı rəzalətlə bağlı müraciət yayıb:
“Mən dünəndən cənub bölgəsinə şəhid ailələrini ziyarətə gəlmişəm. Burdan da Masallı rayonunda yerləşən “İstisu” sanatoriyasına getdim və orda olan qeyri-qanuni hərəkətlərin, masaj salonlarının fəaliyyət göstərməsinin şahidi oldum. Gecə saat 2, 3 radələrinə qədər bu obyektlər fəaliyyət göstərir, pandemiya qaydalarına riayət olunmur. Tibbi maska taxan yoxdur. Spritli içkilər verilir. Özü də ki, obyektin sahibi Hacı İldırım adlı şəxsdir. Siz necə Hacısınız ki, obyektinizdə spirtli içki verilir və burda masaj salonları fəaliyyət göstərir?! Mən başa düşə bilmirəm Hacı İldırım, siz Cənab Ali Baş Komandanın qoyduğu qaydaları niyə pozursunuz, nəyə arxayınsınız?”-deyə o, bildirib. Pərvin Abdullayev məsələylə bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova da müraciət edib.
Qeyd edək ki, 1997-ci ildən sanatoriyaya sahiblik edən iş adamı İldırım Allahyarov təkzib etsə də, sanatoriyadakı problemlər dəfələrlə məbuatda işıqlandırılıb. Sanatoriyaya onun “Fatimeyi-Zəhra şəfa sanatoriyası” adı verməsi bir neçə il öncə dindar şəxslər tərəfindən etirazla qarşılanmış və İ.Allahyarov bundan sonra həmin adı obyektindən götürüb. İnsanlar bildirib ki, Fatimə və Zəhra kimi müqəddəs adların masaj və digər əxlaqsız xidmətlər göstərən obyektin üzərində yazılması yolverilməzdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=165962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31