“Qarabağ”ın oynunda Elnur Əşrəfoğlunun xatirəsini anılacaq

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək “Qarabağ” – “Kayrat” oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.
Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.
Qeyd edək ki, “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlanacaq.
E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.
Short URL: http://www.cumhuriyyet.net/?p=167812