Kamaləddin Qafarov: “ Qubadlıda icra olunan infrastruktur layihələri dinamik inkişafa hesablanıb”

27.10.2021 - 11:25


“Bu gün işğaldan azad edilmiş bütün digər bölgələrimiz kimi, Qubadlı şəhəri və rayonun kəndləri də sürətlə bərpa edilir. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Bu müddət ərzində Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbycan dövləti çox genişmiqyaslı quruculuq işləri görür, şəhər və kəndlərimizin bərpasını reallaşdırır. Hazırda Qubadlıda infrastruktur layihələri də sürətlə icra olunmaqdadır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 25 oktyabr tarixində Qubadlıya etdikləri səfərin gedişində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, eləcə də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmələri xüsusi önəm kəsb edən hadisələrdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin ölkənin bölgələrinə etdiyi müntəzəm səfərlər həmin ərazilərin sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. K. Qafarovun sözlərinə görə, xüsusilə işğaldan azad edilmiş rayonlara dövlət başçısının səfərləri zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir: “Heç kim üçün sirr deyil ki, bu gün ölkəmizlə bağlı dünya dövlətlərinin diqqətini cəlb edən əsas məqam Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın pandemiya və hətta 44 günlük Vətən müharibəsinin gedişi dövründə belə yüksək səviyyəyə və dinamikaya malik olmasıdır. Şübhə yoxdur ki, bu göstərici Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində əldə olunub. Məhz bu siyasətin, ölkədə həyata keçirilən əsaslı islahatların sayəsində Azərbaycanın iqtisadi inkişaf modeli özünün unikallığını və müstəsna səmərəliliyini sübuta yetirdi.

Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər ilk növbə mühüm iqtisadi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlıya etdikləri səfər zamanı bu rayonun dirçəldilməsi və tezliklə inkişaf etmiş bölgələrimizdən birinə çevrilməsi istiqamətində aparılan irimiqyaslı işlərin real həcmi ölkə ictimaiyyətinə daha aydın şəkildə təqdim olundu. Ölkə Prezidentinin Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, sovet vaxtında Qubadlı rayonu üzrə elektrik enerjisinin ümumi istehlakı 12 meqavat idi. Ancaq yeni istifadəyə verilmiş yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Bu o deməkdir ki, icra olunan infrastruktur layihələr dinamik inkişafa hesablanıb. Həmçinin bu gün Qubadlıda yol infrastruktur işləri birinci sıradadır. Hazırda Zəngilandan Qubadlıya, Laçına çox geniş, dördzolaqlı yol çəkilir.”

Kamaləddin Qafarov belə bir məqamı da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə aparılan işlər də xüsusi diqqət mərkəzində saxlanılır: “Əlbəttə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması vacib tədbirlərdəndir. Təsadüfi deyil ki, bu işlər birbaşa dövlət başçısının xüsusi nəzarətindədir. Məhz bu baxımdan da Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni yaradılmış hərbi hissə kompleksi vacib strateji əhəmiyyət kəsb edir. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur.”

Millət vəkilinin sözlərinə görə, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni yaradılmış hərbi hissə kompleksinin açılışı həm də Ermənistanda hələ də revanşizm xülyalarını yaşatmağa çalışan qüvvələrə ünvanlanmış açıq-aydın mesaj kimi qiymətləndirilməlidir: “Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr hələ də Ermənistanda revanşist əhval-ruhiyyəsini qoruyub saxlamağa, erməni xalqını hansısa utopik ideyaları reallaşdırmağın mümkünlüyünə inandırmağa çalışırlar. Bütün bunlar xam xəyallardır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və artıq heç kəs bu reallığı dəyişmək iqtidarında deyil. Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni yaradılmış hərbi hissə kompleksinin açılışı Ermənistanda revanşizmi təbliğ etməyə çalışan həm daxili, həm də xarici qüvvələrə ünvanlanmış növbəti mesaj kimi dəyərləndirilə bilər. Əgər kimsə bundan sonra bir daha Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qəsd etmək fikrinə düşərsə, o zaman dövlətimizin “Dəmir yumruğu” dərhal onun başı üzərində olacaq.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167886

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031