AHİK gənclərin məşğulluğunun təşviqi ilə bağlı tədbir keçirib

19.11.2021 - 17:09

AHİK gənclərin məşğulluğunun təşviqi ilə bağlı tədbir keçirib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “AHİK-in gənclərin məşğulluğunun təşviqi strategiyasının hazırlanması ilə bağlı analitik araşdırması” mövzusunda vebinar keçirib. Tədbirdə AHİK-in rəhbər şəxsləri və məsul əməkdaşları, həmçinin quruma üzv təşkilatların gənclərlə iş üzrə nümayəndələri iştirak ediblər.

Giriş sözündə AHİK sədrinin birinci müavini İlyas Əliyev dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclər siyasəti sahəsində əldə olunan uğurlardan, perspektivlərdən, gənclərin potensialından səmərəli istifadənin təşkilindən, AHİK-in bu istiqamətdə gördüyü işlərdən söz açıb. Qeyd edib ki, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, məşğulluğunun təmin edilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

AHİK-in Analitik araşdırmalar şöbəsinin müdiri Namiq Hüseynov “Həmkarlar ittifaqlarının əmək bazarına təsiri və məşğulluğu”, Gənclər Şurasının sədri Tural Süleymanov “Əmək bazarında Gənclərin vəziyyəti, demoqrafiya, gənclərin məşğulluğunun təşviqi sahəsində dövlət siyasəti və əmək bazarında proqramlar”, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qəndab Həbibbəyli “Gənclərin fokus qrupları ilə anketləşmə işi” mövzularında çıxışlar ediblər.

Çıxışlarda əsasən gənclərin məşğulluğunun təşviqi strategiyasının hazırlanması səbəblərindən, mövzunun aktuallığından, dünya gənclərinin məşğulluq siyasətində Azərbaycan gənclərinin yerindən, məşğulluğun yeni formalarından, ölkəmizdə gənclərin işlə təmin olunması üçün qəbul olunan proqramlardan, onların həmkarlar ittifaqlarındakı fəaliyyətindən və hüquqlarının qorunmasından bəhs olunub.

Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Qoça Aleksandria çıxışında dünyada gənclərin məşğulluğunun təmin olunmasında görülən işlərdən, həmkarlar ittifaqlarının bu məsələyə verdiyi töhfələrdən, gənclərin həmkarlar ittifaqlarında təmsil olunmasının üstünlüklərindən danışıb.
Sonda aparılan araşdırma ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168316

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930