Prezident Musa Quliyevlə bağlı sərəncam verdi

24.11.2021 - 18:34

Prezident İlham Əliyev Milli Məclisin deputatı Musa Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa İsa oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah – noyabrın 25-də Musa Quliyevin yubiley yaşı (60) tamam olur.

Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. Burada orta məktəbi qızıl medalla bitirib (1978). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirib.
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri (1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləyib.

2000-ci ildən indiyə kimi Milli Məclisin 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə deputatıdır. Hazırda parlamentin Əmək və sosial siyasət komitəsinə sədrlik edir.

Tibb elmləri namizədi Musa Quliyev “Musa Urud” imzası ilə də tanınır, şeirlər yazır. Bir sıra kitabların müəllifi olan Musa Quliyev Azərbaycan Yazıçılar Birliyinin də üzvüdür.

Evlidir, 3 övladı var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168373

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031