Prezident baş konsulu vəzifəsindən geri çağırdı – FOTO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulu ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın”.
İlqar İskəndərov 2 aprel 2018-ci il tarixində Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=168438