İki rayona yeni prokuror təyin olundu

Baş prokuror Kamran Əliyev yeni təyinatlar barədə əmr imzalayıb.
K.Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
Digər əmrlə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=168823