Rusiya hərbçiləri Qarabağda ermənilərə su xətti də çəkir

27.01.2022 - 11:42

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin köməyilə Xocavənd rayonunun Çartar qəsəbəsi və ona yaxın kəndlərin erməni sakinləri üçün mərkəzləşdirilmiş su təchizatı sisteminin tikintisi və çəkilişinə başlanılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Rusiya sülhməramlı kontingenti Xocavənd rayonunun Çartar qəsəbəsinə su kəmərinin çəkilməsinin təhlükəsizliyini təmin edir. Bütün işləri bir həftə ərzində başa çatdırmaq planlaşdırılır”, – Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Qapeev bildirib.

Ermənilər Azərbaycan Ordusunun mövqelərinə yaxın ərazidə su hasilatı və təchizatı üçün quyular qazmağa başlayıblar.

“Qəsəbələrdə su olmadığı üçün su boruları çəkirik. Rusiya sülhməramlılarına burada olduqlarına və təhlükəsizliyimizi təmin etdiklərinə görə təşəkkür edirik. Vəziyyət elədir ki, bu işi bir həftəyə başa çatdıracağıq”, – deyə Çafrtarın su təchizatı üzrə mütəxəssisi Ararat Gevorgyan bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169790

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930