İki neftçinin ölümü ilə bağlı vəzifəli şəxs məsuliyyətə cəlb edilib
İki neftçinin ölümü ilə nəticələnən hadisə ilə bağlı “Azneft”in vəzifəli şəxsi məsuliyyətə cəlb edilib.
APA xəbər verir ki, bu il avqust 24-də “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=196736