Rusiyanın dəniz piyadaları “Transxəzər”ə qarşı: sahilə desant “atıldı”

07.04.2015 - 17:08

89623_res_01Rusiyanın Xəzər donanmasının Kaspiyskdə yerləşən poliqonlarında döyüş şəraitinə maksimum yaxınlaşdırılmış hərbi manevrlər başa çatıb.

Xəzər donanmasının “Serna” tipli dörd sürətli kateri və “Ataman Platov” desant kateri Xəzər dənizində təlimləri başa vurduqdan sonra Mahaçqala limanındakı bazalarına dönüblər.

Təlimlər zamanı döyüş şəraitinə maksimal yaxınlıq əldə etmək üçün katerlər tam sürətlə manevr ediblər, sahilə yan alamağın müxtəlif variantlarını sınaqdan çıxarıblar və desant endirməyi, habelə döyüş missiyasını başa vuran desantın geriyə qaytarılmasını imitasiya ediblər.

Təlimlərin bu mərhələsində Rusiya dəniz piyadalarının şəxsi heyəti və texnikası iştirak etməyib. Lakin döyüş təlimlərinin növbəti mərhələsində desant katerləri dəniz piyadaları ilə birgə manevrlər keçirəcəklər. Bu zaman sahilə desant endirilməsi yenidən sınaqdan keçiriləcək.

Rusiya ekspertləri qeyd edirlər ki, Avropa İttifaqı və ABŞ-ın “Transxəzər” qaz kəməri layihəsini yenidən gündəmə gətirdikləri bir vaxtda Xəzərdə hərbi manevrlərin keçirilməs təsadüfi deyil. Rusiya son illər Xəzər donanmasını gücləndirir və dənizdə intensiv hərbi təlimlər keçirir.(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=21652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728