Siyasi məhbusların telefon danışıqlarına nə üçün qadağalar qoyulub?

24.06.2015 - 11:58
159337_461510Həbsdə olan məşhur məhbusların ailələri ilə telefon danışıqlarına ciddi maneələr yaradılır. Belə ki məhbuslara ailələri ilə əlaqə saxlamaq üçün istifadə olunan kartlar verilmir.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin qızı Nərmin Kamilsoy uzun müddətdir atası ilə görüşə bilmədiklərini söyləyir: “İki həftədən çoxdur yanına gedə bilmirik. Səhhətindəki problemlər əvvəlki kimi qalır. Hər hansı bir müayinə, müalicə aparılmır. Onları məlumatsız saxlamaq üçün qəzet  verilmir. Telefonla əlaqə saxlamaq üçün dustaqlara kart verilməlidir. Amma uzun müddətdir ki, kartlar da verilmir. Deyirlər ki, guya kart yoxdur. Ona görə də bizdən başqa heç kimlə əlaqə saxlaya bilmir.
Bu problem təkcə atamla bağlı deyil. Bütün dustaqlar çətinlik çəkir. Atam bizə zəng vurur, nömrəni tanıdığımıza görə özümüz zəng vururuq. Amma başqa adamlarla danışmaq istəsə, danışa bilməz. Çünki kart yoxdur. Deyiblər guya bugünlərdə həllini tapacaq. Görüşlərdə problem yoxdur. Sadəcə, səhhətinə görə, görüş vaxtlarımız uzanır”.
Müsavat başqanının müavini Tofiq Yaqublu iyunun 21-də ailəsi ilə görüşüb. Görüş barədə müsavat.com-a başqan müavininin qızı Nigar Yaqublu bunları dedi: “Hazırda AŞ PA-dakı müzakirələri səbirsizliklə gözləyir. Azərbaycanla bağlı qətnamə qəbul olunmasını Qərbin ciddi addımı kimi qiymətləndirir. Səhhəti artıq düzəlib. Qəzet problemi hələ də qalır. Saxlandığı cəzaçəkmə müəssisəsi karyerin yanında olduğundan bütün günü toz-torpaq içərisindədir. Bu, astma xəstəsi olduğu üçün atamın səhhətinə ciddi təsir edir. Növbəti görüşümüz iki həftədən sonra olacaq”.
REAL hərəkatının sədri İlqar Məmmədovun ailəsi ilə telefon danışığına qadağa qoyulub. Bu barədə onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: “Zəng eləməyinə qadağa qoyulub. Artıq həftədə iki dəfə evə zəng vura bilir. Görünür, ictimai çıxışlar etməməsi üçün belə problem yaradılır. Vəziyyəti normaldır. Telefon danışığına qoyulan qadağalarla bağlı narazılığını bildirsə də, bir irəliləyiş yoxdur. Bütün məhbuslara verilən hüquqlar buna şamil olunmur”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27143

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728