Neft ucuzlaşır – qiymətin artacağı ümidləri əsassızdır…

14.07.2015 - 01:54

img1617717İlham Şaban: “Neftin başının üstünü kəsdirən bir neçə mənfi, neqativ amillər var”

Neftin dünya bazarında qiymətləri ucuzlaşmağa başlayıb. Buna əsas səbəb isə “altılıqların” İranın nüvə proqramı məsələsi ilə bağlı danışıqları iyulun 13-də yekunlaşdıracağı və nəhayət, İrana qarşı sanksiyaların aradan götürüləcəyinə dair qərarın qəbul edilməsinin elan ediləcəyinin gözləntisidir. Məhz bu səbəbdən dünya birjalarında belə bir hadisəyə necə deyərlər “hazırlıq işləri” gedir və neft artıq London birjasında (İCE) 1,96 faiz öz dəyərini itirərək Bakı vaxtı ilə saat 10.03-də 1 bareli 57,58 təşkil edib. 
Ekspertlər bildirirlər ki, neftin ucuzlaşması bir sıra beynəlxalq faktorlarla bağlıdır. Yaxın müddət üçün isə neftin bahalaşması o qədər də gözlənilən deyil. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hazırkı qiymət azalması İranla bağlı məsələ ilə əlaqədardır: “Yəni birjalar ona özlərini körükləyiblər ki, bu gün İranla bağlı müsbət qərar veriləcək və buna görə də İran faktoru hal-hazırda bazarlara bir nömrəli təsir edən amildir. Ona görə də tələb-təklif yox, informativ bir təsirdir. Çünki İranın bunkerlərdə saxlanılan neftinin tez bir zamanda bazara çıxarılması kimi amil var ortada. Bunun nəticəsində daha çox əllərində olan nefti satmaq istəyirlər ki, mümkün gələcək işlərdə özlərini qorusunlar. Yəni bu tendensiya ilə bağlıdır. Əgər bu gün İranla bağlı danışıqlar yenə uzadılsa, yenidən qiymətlərin artmasını gözləyə bilərik. Qiymətlər 2-3 dollar ətrafında arta bilər. Buna deyirlər texniki azalma və texniki artma amili”. 
Ekspertin sözlərinə görə, birinci yarım ildə neftin qiyməti ürəkaçan olmayıb: “Faktiki olaraq birinci dekadanı geridə qoymuşuq. Bu dekada çox təlatümlü başladı. Çünki burada neftin başının üstünü kəsdirən bir neçə mənfi, neqativ amillər var. İran strateji bir amildir. Uzun müddət bazara öz neftini çıxara bilməyən ölkənin tədricən böyük bir həcmləri, özü də nəinki bu il, gələn il də hasilatı artırmaq kimi imkanları var. Digər amillər Çinin iqtisadi proqnozlarının birdən-birə proqnozlardan kəskin aşağı düşməsidir. Dünyanın 20 ilə yaxın bir müddətdə çox stabil iqtisadi artım göstərən ölkəsində baş verənlər təsirsiz olmayıb. Həmçinin, bu günlərdə Çin fond birjasının kəskin neqativ göstəricilərə üz tutması, Çin valyutasının öz dəyərini itirməsi də bir amildir. Başqa bir səbəb isə dünyanın ən böyük istehlak bazarı olan Avropanın birdən-birə kiçik bir ölkə olan Yunanıstan kimi həllini tapmayan məsələ ilə üzləşməsidir. Bu, Avropa iqtisadiyyatını pat vəziyyətinə salıb. Heç bilmirlər ki, bu məsələni necə həll etsinlər. Hansı ki, bu da onların iqtisadi göstəricilərinin pozulmasına gətirib çıxarır. Nəticədə neft ziqzaqvari qiymətlərin stabilliyini pozur. Neftin özünü necə aparacağını demək çox çətindir. Bu vəziyyət, neftin qiymətinin formalaşması çox mürəkkəb bir amildir. Adicə bir kataklizmlərindən tutmuş istənilən informativ məlumatlaracan neftin qiymətini dəyişə bilər”.
Qeyd edək ki, ekspertlərin fikrincə, qarşıdan daha böhranlı bir vəziyyət gəlir. Bildirilir ki, bu mürəkkəb iqtisadi şərait müsbət heç nə vəd etmir. Yəni neftin qiymətinin artması ilə bağlı ümidlər əsassızdır. Əksər ekspertlər neftin qarşıdakı aylarda da ucuzlaşacağını proqnozlaşdırırlar. Azərbaycanın neft gəlirlərinin isə 50 faizdən çox azalacağı bildirilir.(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28115

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930