Manatın növbəti kəskin ucuzlaşması?

15.07.2015 - 23:35

pulMərkəzi Bankın sədri Elman Rüstəmov manatın məzənnəsinin gələcəyi ilə bağlı proqnozlardan danışıb.

Elman Rüstəmov AzTv-nin “Günün nəbzi” proqramına müsahibəsində deyib ki, məzənnə ilə bağlı bəzi spekulyativ proqnozlar olub.

“Manatın məzənnəsinin Avropa Oyunlarından sonra və ya ilin sonunda dəyişəcəyi ilə bağlı müxtəlif proqnozlar olub. Məzənnə məsələsi heç bir beynəlxalq tədbir, heç bir təqvim hadisəsi ilə uzlaşmır. Bu cür proqnozlar spekulyasiyadan başqa bir şey deyil. Əhalinin bu gün narahat olmasına heç bir əsası yoxdur”, – o deyib.

Sədrin sözlərinə görə, neftin qiymətinin 40 dollar səviyyəsində Azərbaycan balansı defisitli deyil.

“Bu qiymət səviyyəsi bizim üçün qorxulu deyil. Bu gün neftin qiyməti 59 dollardır. Gördüyünüz kimi, biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq.

Azərbaycanın ödəmə balansı bu günkü ortalama 6 ayın neft qiymətlərinə görə ilin sonuna profisitli olacaq. Bu qiymətlər qalsa. Neftin qiymətləri ilə bağlı proqnoz da vermək düzgün deyil, belə ki, bununla bağlı bir çox ziddiyətli faktorlar var”, – E.Rüstəmov deyib.

Onun sözlərinə görə, digər tərəfdən ticarət tərəfdaşlarımızın özlərini necə aparacaqları məlum deyil.

“Tərəfdaş ölkələr çoxsaylıdırlar və hər bir iqtisadiyyatın öz inkişaf qaydaları və probemləri var. Biz sadəcə olaraq prosesləri çox ciddi izləyirik”, – o deyib.

Elman Rüstəmovun sözlərinə görə, valyuta bazarında proses əhəmiyyətli dərəcədə sakitləşib.

“Kursun dəyişməsi nəticəsində idxalın strukturunda və həcmində çox ciddi dəyişikliklər gözləyirik və hiss edirik. Biz qeyri-neft ixracının artdığını, daxili bazarda daxili məhsulların rəqabət qabiliyyətini görürük. Belə olan halda ilin sonuna xarici ticarətin balansının daha da balanslaşmasını gözləyirik”, – sədr deyib.

AMB sədri qeyd edib ki, əgər neftin qiyməti ortalama 50 dollar ətrafında sabitləşsə, ticarət tərəfdaşlarımızda heç bir ciddi hadisə baş verməsə, manatın məzənnəsi üçün ilin sonuna və orta müddətli dövrdə heç bir problem görmür.

“Kurs korreksiyasından sonra bizim əhəmiyyətli ticarət üstünlüyümüz yaranıb. Bu gün bu üstünlüyü itirməmişik. Xarici tərəfdaşlar qarşısında üstünlüyümüz yaranıb və bu qorunur”, – E.Rüstəmov deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728