Rusiya ordusu Azərbaycanı Türkiyəyə birləşdirən avtomobil yolunu da tutur

16.07.2015 - 10:54

102556_res_01Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın separatçı Cənubi Osetiya bölgəsində yerləşdirilmiş qüvvələrinin nəzarət etdiyi əraziləri genişləndirməyə yönəlmiş addımlarına görə rəsmi Moskvaya nota verib.

Virtualaz.org saytı xəbər verir ki, Tiflisdə Rusiyanın diplomatik təmsilçiliyini həyata keçirən İsveçrə səfiri Gunter Beçler ötən gün axşam Gürcüstan XİN-ə çağırılıb.

Səfirə Rusiyaya çatdırılmaq üçün rəsmi etiraz notası təqdim edilib. Notada Rusiya ordusunun Cənubi Osetiyada nəzarət etdiyi əraziləri Bakı-Supsa neft kəmərinin bir hissəsi də daxil olmaqla genişləndirməsi beynəlxalq normaların ciddi ölçülərdə pozulması kimi qiymətləndirilir.

Son məlumatlara görə Rusiya hərbçiləri Cənubi Osetiya ilə Gürcüstan arasında sərhəd xəttini göstərən lövhələri hazırda tikintisi davam edən, Azərbaycanla Türkiyəni birləşdirəcək Tiflis-Qori şose yoluna olduqca yaxın məsafədə yerləşdirib. Bununla da yolda hərəkət faktiki olaraq Rusiya ordusunun nəzarəti altına keçmiş olur.

Xatırladaq ki, “sərhəd xəttinin” 2008-ci ilin avqustunda bağlanmış atəşkəs sazişində müəyyən edilmiş təmas xəttindən irəli çəkilməsi nəticəsində Bakı-Supsa neft kəmərinin 1.5 kilometrlik hissəsi Rusiya hərbçilərinin nəzarət etdiyi ərazilərdə qalıb. Kəmərin operatoru olan BP şirkəti bildirib ki, Bakı-Supsanın marşrutunu dəyişməyə hazırdır. SOCAR isə Supsa limanına Azərbaycan neftinin başqa variantla (çox güman ki, sisternlərlə) çatdırılmasının mümkün olduğunu bildirib.

Rusiya ordusunun Gürcüstanın içərilərinə doğru irəliləməsi bu ölkədə NATO hərbi təlimlərinin başlaması ilə eyni vaxta təsadüf edib. Həmçinin təlimlərlə eyni vaxtda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Moskvadan gələn qəfil əmrlə manevrlərə başlamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28285

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930