Beynəlxalq Bankdan ipoteka ilə ev aldı, dərdə düşdü

20.07.2015 - 23:12

103057_res_01“Mən evimi satmaq istəyirəm. Təcili pul lazımdır. 3 real alıcı da vardı. Amma bankın məsuliyyətsizliyi ucbatından mən evimi sata bilmirəm”.

Bunu Bakı şəhər sakini Xəyal Azəroğlu deyir. O, kreditlə aldığı mənzilin yenidən sənədləşdirilməsi zamanı üzləşdiyi çətinlikdən danışır.

X.Azəroğlu 2014-cü ilin aprelində Xırdalan şəhərində yerləşən “AAAF” yaşayış massivində ikiotaqlı, 67 kvadratmetrlik mənzil alıb: “Mənzil almaq üçün Beynəlxalq Bankdan 12 faizlə kredit götürmüşdüm. Hər ay 530 manat kredit ödəyirəm. İlkin 13 min manat ödəmişəm. Mənə təcili pul lazımdır. Həmin evi satmaq istəyirəm. 3 ay əvvəl Beynəlxalq Bankdan dedilər ki, rəhbərlik dəyişəndən sonra bütün bank əməliyyatları dayandırılıb, 15 gün sonra yenidən müraciət edə bilərəm.

15 gün sonra yenidən getdik. Oliqarxlar həbs edilən ərəfə idi. Bildirdilər ki, ümumiyyətlə bankda hər hansı əməliyyat aparılmır. Mən kredit şöbəsinin müdiri ilə danışdım. O da bildirdi ki, bankın bütün daxili kreditləri ilə bağlı əməliyyatlar dayandırılıb. Odur ki, evin yenidən sənədləşməsi tezliklə mümkün olmayacaq. Bankın belə bir məsuliyyətsizliyinə görə üç real alıcımı itirdim. Mənə deyirlər ki, hara istəyirsən müraciət elə”.

Xəyal Azəroğlu məhkəməyə müraciəti əlavə vaxt itkisi hesab edir. Elə buna görə də məhkəməyə müraciət etmək fikri yoxdur.

Bu il – martın 18-də Beynəlxalq Bankın idarə Heyətinin sədri Cahangir Hacıyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Bundan sonra həmin bankdan kredit götürən iş adamları istintaqa çağrılıb. Onlar arasında həbs olunanlar da var. Hüquq-mühafizə qurumları bu haqda hər hansı açıqlama verməyib. Hələ ki, ancaq rəsmilərdən deputatlar bu haqda danışır.

İstintaq iş adamlarının Beynəlxalq Bankdan götürdükləri kreditləri aidiyyəti üzrə xərcləməsini, onların banka borcu olmasını araşdırır.

Hüquqşünas Müzəffər Baxış belə problemlərin qarşısını almaq üçün şərtlərin sərtləşdirilməsini təbii sayır. O, əlavə edir ki, elə Xəyal Azəroğlunun mənzili yenidən sənədləşdirə bilməməsi də risklərin azaldılmasına hesablanıb.

“Beynəlxalq Bank kredit verərkən krediti alan şəxsin vəsaiti qaytara bilmə riskini azaltmalıdır. Mənzilin alqı-satqısı, yenidən sənədləşdirilməsi ancaq və ancaq bankın razılığı ilə olmalıdır. Bank razı olmasa, hər hansı əməliyyat aparmaq olmaz. Bəlkə mənzili almaq istəyən şəxs heç krediti vaxtlı-vaxtında ödəyə bilməyəcək?! Bu, son vaxtlar ciddi problemə çevrilib. Vətəndaşlar elə bilirlər ki, götürdükləri krediti istədikləri vaxt kiməsə sata bilərlər. Bunun yeganə həll yolu maarifləndirmədir. Banklar kredit verərkən müştəriləri maksimum məlumatlandırmaldır ki, sonradan belə bir problemlər olmasın” – M.Baxış “Azadlıq”a deyib.

Bu hal “İpoteka haqqında qanun”un 30-cu maddəsi ilə tənzimləyir. Həmin maddədə deyilir ki, bankın razılığı olmadan hansısa əməliyyat aparıla bilməz

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28446

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031