Həccdə ölən azərbaycanlılar dəfn olundu (VİDEO)

28.09.2015 - 00:01

img1904094Həccdə dünyasını dəyişən zəvvarlarımız dəfn olunub. Həcc ziyarəti zamanı dünyasını dəyişən iki azəbaycanlı zəvvar dəfn olunmaq məqsədilə mühacirlər üçün nəzərdə tutulmuş məscidə gətirilib.

Zəvvarlarımız 60 yaşlı Fəxrəddin Zeynalov və 57 yaşlı Kəklik Aslanova dəfn üçün hazırlandıqdan sonra məsciddə cənazə namazı qılındı.

Dünyasını dəyişən hər iki zəvvarımızla vidalaşmağa onlarla birlikdə Həcc ziyarətini yerinə yetirənlər də gəlmişdi.

Ailə üzvlərindən isə Kəklik xanımın onunla birlikdə Həcc ziyarətində olan əri Elçin Aslanov, Fəxrəddin Zeynalovun isə zəvvar bacısı Rahillə xanım da mərhumları son mənzilə yola salanların içərisində idi.

Fəxrəddin Zeynalovun bacısı Rahilə Zeynalova deyir ki, bura gəlmədən öncə hamı ilə hallalaşmışdı, Həccə gedəcək deyə çox sevincli idi.

Fəxrəddin Zeynalov ehram libasında dünyasını dəyişdiyi üçün elə ehram əynində dəfn edildi.

Ziyarəti zamanı ehramda olarkən dünyasını dəyişənlər şəhid sayıldığından onları Həcc şəhidləri üçün olan məzarlıqlarda dəfn edirlər. Bu səbəbdən bizim də dünyasını dəyişən hər iki zəvvarlarımız Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda torpağa tapşırıldı.

Dəfn mərasimində Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyindən nümayəndə və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri iştirak etdi.

Daha sonra dünyasını dəyişən hər iki həmyerlimiz üçün azərbaycanlı zəvvarların qaldığı otellərin birində ehsan süfrəsi açıldı.

Hər iki zəvvarımızı Minada şeytana birinci daş atma mərasimdən sonra günvurmuşdu.

Həkimlərin müdaxiləsi nəticə verməmişdi. /ANS TV/

Short URL: http://www.cumhuriyyet.net/?p=33130

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728