“Məndən artıq alınan pulu tələb etsəm də…” – GİLEY

29.03.2018 - 16:55

Nuranə Göktaş adlı vətəndaş “LUKOİL” yanacaqdoldurma məntəqəsində ondan 6,5 manat artıq pul alındığını iddia edir.

Unikal.org bildirir ki, xanım sürücünün sözlərinə görə 19.03.2018 tarixində Bakı şəhəri Xətai rayonu R. Quliyev küçəsi 6 ünvanında yerləşən “Lukoil –Azərbaycan” QSC yanacaq doldurma məntəqəsində baş verib. O, 5 ildir idarə etdiyi “Kia Sportage ” markalı (muhərrik 2 kub- litr) avtomobilə Aİ-92 markalı yanacaq doldurub. Bu zaman “LUKOİL” yanacaqdoldurma məntəqəsinin ona qarşı fırıldaqçılıq etdiyini bildiribO, hadisəni belə şərh edir:

“Çəndə 3-5 litr yanacaq olsa da , həmişə olduğu kimi avtomobili bir az irəli sürməyi bildirdilər, çəni tam doldurub, məndən 56 AZN pul aldılar. Bu zaman çeki tələb edib, aldım. Operatora iradımı bildirdim ki, boş çən 55 litr tutur. Bunun da dəyəri 49,50 azn edir. Məndən artıq alınan pulu tələb etsəm də operator “böyüklərdən heç kəs yoxdur” deyib imtina etdi”.

Xanım sürücü əlavə edir ki, sonradan “LUKOİL” yanacaqdoldurma məntəqəsinin əməkdaşı Bahadur adlı şəxs ona zəng edib. Amma bu şəxs də yaranan problemi həll etməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31