Deputat: “Necə olub narkoman sürücülük vəsiqəsi alıb?”

03.10.2018 - 13:28

“Marşrutda gediş haqqını qaldırmaqla keyfiyyət qalxmır. Mədəniyyət, məsuliyyət olmalıdır. O narkoman sürücünü avtobus sürməyə buraxan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Əks halda parlament, Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı nə qədər qərar istəyirsə qəbul etsin, bir müddət sonra yenə belə problemlər yaşanacaq”.

Bu sözləri AzEuroNews.com-a deputat Araz Əlizadə bir neçə gündür müzakirə olunan Bakıda narkomanın törətdiyi dəhşətli avtobus qəzası ilə bağlı danışarkən söyləyib. A.Əlizadənin sözlərinə görə, sovet vaxtı sürücülər tibbi müayinədən keçirilirdi:

“Bizsə bu müayinəni ləğv ediblər. Formal olaraq saxlanıb, reallıqda isə qalmayıb. Niyə? Çünki həkimə əlavə pul xərcləmək istəmirlər. Həmçinin, sovet vaxtı texniki baxış olurdu, o da yoxdur”.

Deputat bildirib ki, bu gün marşrutlarda nəinki narkoman, sürücülük vəsiqəsi olmayanların işlədikləri dəfələrlə üzə çıxıb: “Necə olub narkoman sürücülük vəsiqəsi alıb?  Ümumiyyətlə, bizdə narkomanlara qarşı yumşaq addımlar atılır, mən sərt tədbirlər görülməlisinin tərəfdarıyam.

Bu avtobus kimindir, onu kim buraxıb, həmin şəxslər də sürücülü ilə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. Yoxsa parlamentin qərar qəbul etməsi ilə məsələlər tənzimlənmir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123295

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031