Eldar Əzizovla Abutalıbov sürüşmə zonasında…

13.10.2018 - 12:42

Bakı şəhərinin Səbail rayonunda, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

Bunu Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

***

Nazirlikdən verilən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir.

“Sürüşmə kütləsini saxlamaq üçün 2013 cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətindədir və insanların həyatı üçün təhlükə yoxdur” – məlumatda bildirilib.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

***

Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov və Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasına gəliblər.

Trend-in xəbərinə görə, hadisə yerində olan Baş nazirin müavini Hacıbala Abutalıbov vəziyyətin gərgin olduğunu bildirib.

“Çox təəssüf edirəm ki, bu günə qədər Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur. Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır”.

H.Abutalıbov həmin ərazidə yol hərəkətinin dayandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinə göstəriş verilib ki, sərnişin avtobuslarının hərəkətini tamamilə başqa istiqamətə yönəltsinlər:

“Böyük yarğınlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=123710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728