Qusarın icra başçısıns yeyinti – İttihamı

29.10.2018 - 15:21

 

 

 

 

 

 

Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasova qarşı ağır ittihamlar var. Bu barədə dia.az-a Nazirlər Kabinetindəki məlumatlı mənbə xəbər verib.

İddialara görə, Qusarın RİH başçısı rayona ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.

Mənbənin söylədikləri: “Təxminən 300 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Şair Alxasov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir”.

Mənbə iddia edir ki, Şair Alxasova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: “Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hətta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, “yediklərinə” görə cavab verməli olduqlarını belə unudublar”.

Dia.az bildirir ki, qeyd olunanlarla bağlı Şair Alxasovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Short URL: http://www.cumhuriyyet.net/?p=124083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728