63 yaşlı kişi özünü yandırdı – Şəkidə
Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib. Report xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=126347