Rus hərbçilər və texnikalar Ermənistana aparıldı

23.07.2020 - 13:06

Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə birləşmiş hava hücumundan müdafiə sisteminin planlaşdırılan təlimlərinə start verilib.

Oxu24.com -un  xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, birgə təlimin keçirilməsində məqsəd kəşfiyyat və Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizədə effektiv mübarizə metodlarını öyrənməkdir.

Ş. Stepanyan bildirib ki, təlimlərin gedişində Pilotsuz Uçuş Aparatları ilə mübarizənin yeni formaları təkmilləşdiriləcək.

Təlimlərdə Ermənistan və Rusiyanın zenit-raket kompleksi dəstəsinin əsas komandirləri, qırıcı təyyarələr, eyni zamanda Ermənistan silahlı qüvvələrinin bütün zenit-raket artilleriya bölmələri iştirak edir.

 

Günün  təklif  olunan  videosu:

 

Short URL: http://www.cumhuriyyet.net/?p=150691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31