Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər

24.07.2020 - 12:00

Koronavirus ürək əzələlərinə, düşünüldüyü kimi, tipik zərər (miokardit) vurmur, əksinə sözügedən orqana fərqli təsir göstərir.

Milli.Az oxu.az-a istindən xəbər verir ki, ABŞ-ın Yeni Orlean şəhərindəki LSU Sağlamlıq Universitetinin patoloqları tərəfindən edilən bir sıra ekspertizalar bu qənaətə gəlinməsinə səbəb olub.

Onlar koronavirusun ürək əzələlərində fərdi hüceyrələrin ölümünə səbəb olduğunu təsbit ediblər.

Eyni zamanda, SARS-CoV-2, ilk SARS koronavirusdan fərqli olaraq, ürək əzələsinin hüceyrələrində olmur. Mütəxəssislər virus infeksiyasını kiçik qan damarlarının hüceyrələrində aşkarlayıblar.

Yarılma koronavirusdan vəfat edən 44-79 yaşlı 22 xəstədə – 10 kişi və 12 qadında aparılıb. Onların əksəriyyətinin yüksək qan təzyiqi olub, yarısında ikinci tip diabet müəyyən edilib, 41 faizi isə piylənmədən əziyyət çəkib.

COVID-19-dan ölənlərin cəsədlərində gözlənilməz dəyişikliklər barədə danışan professor Riçard Vander Hayde öyrənilməsi gərək bir neçə nəzəriyyə irəli sürüb. Onun sözlərinə görə, bu  xəstəliyi daha yaxşı anlamağa və nəticədə, effektiv müalicə təyin etməyə kömək edə bilər.

Qeyd edək ki, Böyük Britaniyada Vestminster Universitetinin alimləri COVID-19-u ağır şəkildə keçirən xəstələrdə ürək əzələlərinin iltihabının – miokarditin yarana biləcəyi barədə xəbərlardıq etmişdi. Bu, ürəyin elektrik keçiriciliyini dəyişir və qanvurma bacarığına təsir göstərir. Nəticədə, bütün orqanlara, o cümlədən ağciyərə oksigen az ötürülür.

Milli.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=150720

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31