Yaponiyadakı ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşdirilmiş ABŞ hərbi qulluqçuları arasında koronavirusa azı 17 yeni yoluxma aşkarlanıb.
Məlumatı NHK telekanalı yayıb.
Qeyd edilir ki, yoluxma Kemp-Xansen bazasında 13 nəfərdə, Kemp-Kinser bazasında isə 2 hərbçidə qeydə alınıb. Bundan başqa, daha bir yoluxma Futemma təyyarə bazasında və Kadena aviabazasında aşkarlanıb. Beləliklə, Okinavada koronavirusa yoluxan ABŞ hərbçilərinin ümumi sayı 273 nəfərə çatıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=151619