Cəlilabadda əkin sahələrindən su nasosları oğurlayan şəxs saxlanılıb

31.08.2020 - 10:58

Cəlilabad rayonunda kənd təsərrüfatı sahələrini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu faktları törədən şəxsin ifşa olunması istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Cəlilabad rayonunda müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən rayonun Uzuntəpə kənd sakini R.Mirzəyev saxlanılıb. Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin qurğuları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və rayonun müxtəlif yerlərində satdığını etiraf edib. Oğurlanan su nasoslarının bir qismi R.Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930