Günün fotosu: Erməninin Petkesinin atdığı raket – bir azdan manqal olacaq

06.10.2020 - 11:34

Bu, Mingəçevirə atılan raketdir, partlamayıb, asfalta sancılıb.

Ancaq mütəxəssislərin dediyinə görə, bu iki metrlik raketin partlamaması bəxt gətirməklə bağlı deyil, bunu havadaca zərərsizləşdirməyi bacaran oğulların əməyidir.

Heç demə, raketin torpağa sancılan hissəsindəki partladıcı başlıq əvvəlcədən havada vurulub, başqa səmtə göndərilib, nəticədə Mingəçevirə düşən raketin “cəsədi” olub.

Yadınızdadırsa, hələ iyul ayının ortalarında Tovuz-Tavuş həndəvərində müharibə gedəndə Qaraqayada itki verib çəkilən ermənilər lazım gəlsə, Mingəçeviri vura biləcəklərini demişdilər.

Bu, onların “Petke”sinin (ermənicə – Lazım – պետք է) gəlib çıxmasıdır, gəlib, atıb, amma bu dəfə alınmayıb.

İndi o dəmir parçasıdır, amma başlığı üstündə qalsaydı və partlasaydı, 5 mərtəbəli binanı darmadağın edərdi.

Bu, o deməkdir ki, ermənilər nə qədər aqressiv olsalar da, öz hikkələri öz başlarında çatlayacaq, bizim strateji obyektlərimizi vura bilməyəcəklər.

Bu dəmir isə hər halda karımıza gələcək. Bir azdan kimsə onu çıxarıb aparacaq, manqal düzəldəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=155496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31