Zahid Oruc: “Ağdamın azad olunması haqqında danışarkən…”

20.11.2020 - 15:05

Bu gün Milli Məclisin növbəti plenar iclasında Qarabağdan, Ağdamın geri alınmasından danışan deputatlardan biri də millət vəkili Zahid Oruc olub. Daha sonra Zahid Oruc öz fikirlərini Musavat.com-a daha geniş şəkildə açıqlayıb

Z.Oruc deyib ki, bu gün 27 illik əsarətdən sonra Ağdam rayonu işğaldan azad edildi: “Bütün dünya azərbaycanlıları və bizi, ədaləti, haqqı istəyənlərin hamısı yalnız güclü millətlərə nəsib olan Zəfərimizə, tarixi uğurumuza sevinir, Vətən torpaqlarının düşməndən təmizlənməsinə görə bayram edir!

Lakin biz nəzərə almalıyıq ki, 10 noyabrda imzalanan sazişə rəğmən Ağdam, eləcə də bundan sonra azadlığına qovuşacaq Kəlbəcər, Laçın və bütün Qarabağ məhz müharibə yolu ilə Ali Baş Komandanımızın, Millətimizin, müqəddəs şəhidlərimizin, cəsur yaralalırımızın, igid əsgər və zabitlərimizin hesabına işğaldan qurtula bilir”.

Millər vəkili daha sonra deyib: “Biz nəzərə almalıyıq ki, Vətən müharibəsinin hər sətri, unudulmaz səlnaməsi, bənzərsiz hekayəsi, gerçək səhnələri onu millətimizin necə adlandırmagından birbaşa asılıdır, xalqımızın yeni leksionu, təzə sözü, əli ilə yazılacaq. Ona görə də “Ağdam bir güllə atılmadan azad olur” deməyək, bunu düşmən tərəfi İrəvan küçələrində hakimiyyət əleyhinə yağdırdığı ittihamlarda dilə gətirir. Elə Şuşanın da haqqında eyni xəyanətlərdən, satqınçılqıladan danışırlar. Bunu həm də ona görə edirlər ki, biz də hər qarış Vətən torpağı üstündə canını fəda edənləri deyil, onların sözünü təkrarlayaq. Yox, biz elə etməli deylik”.

Ermənistan ordusunun generalı Movses Akopyanın dünənki birifinqdə dediyi fikirlərə toxunan Z.Oruc bildirib: Gördünüz ki, birinci Qarabağ müharibəsinin “qalib” hərbi birləşmələrinin rəhbərliyinin 44 gün davam edən müharibə zamanı nəinki bizə qarşı, eləcə də öz xalqına 100 faiz yalan danışmasından, savaşın dördüncü günündən başlayaraq 1500-dən artıq hərbçinin fərarilik etməsindən, o cümlədən düşmən ordusunun yarısının, ya məhv, ya da yaralı olmasından, ordunun necə sarsılmasından bəhs edirdi… Ona görə də biz 10 noyabr sazişini müharibəmizin davamı saymalıyıq.

Həqiqətən bağlı qapılar arxasında, diplomatiya meydanlarında gedən döyüşlər hərbi toqquşmalarla eyni şiddətə, sərtliyə və amansızlığa malikdir. Biz deməliyik ki, dünyada nadir hallarda hamının gözü qarşısında qələbə sənədində Ali Baş Komandanın imzası, Şanlı Ordunun, Qəhrəman millətin birgə yaratdığı ən güclü silahdır!..

Əgər düşmən bir güllə atmadan əraziləri boşaltsaydı, bunu 26 sentyabradək edərdi.

Ağdamda 30 il bundan qabaq 5000-dən artıq insanımızın tökülən qanının üstündən keçən düşmən orada qədim erməni izləri tapmaqdan ötrü uydurdugu Tiqranakert arxeologiyası üçün azərbaycanlıların bütün maddi və mənəvi irsini məhv edərək indi torpağımızı tərk edirlər. Ona görə də 44 günlük müharibədə Fizulinin, Cəbrayılın, Zəngianın azad olunması Ağdam, Kəlbəcər üçün idi. Yaxud da, müqəddəs Şuşa da, Xocavənd də, bir sözlə, bütün döyüş əməliayyatalrının getdiyi məkanların hamısı vahid bir Qələbənin bir-birinə qanla baglanmış həlqələridir, uğurlu hərbi taktika və əməliyyatların ana xəttidir. Deməli biz bütün torpaqlarımızı Qan bahasına almışıq və millətimizin şərəf tarixini belə yazmalıyıq, belə oxumalıyıq, gələcək nəsillərə belə çatdırmalıyıq!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157539

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930