“Korona” pisliyi: dərslər tam dayansınmı? – Kamran Əsədovla canlı yayında

03.12.2020 - 15:50

Pandemiya 1 ilə yaxındır ki, Azərbaycan təhsilini iflic vəziyyətə salıb. Şagirdlər və tələbələr distant dərslər keçirlər ki, onun da nə keyfiyyəti, nə intizamı, nə effekti var.

Minlərlə məktəbli evində sürətli internet, planşet, notbuk olmaması səbəbindən tədrisdə kənarda qalıb. Bir ailədə iki uşağın olduğunu nəzərə alsaq, valideyndən ən azı birinin hər gün işə getdiyini qəbul etsək, uşaqlar mobil telefonla onlayn təhsil almaq imkanından da məhrum olurlar.
Nazirlər Kabinetinin son qərarına əsasən onlayn təhsilin dekabrın 1-dən 30-dək uzadılıb. Lakin ölkə üzrə epidemiyaya yoluxmanın günbəgün artdığını nəzərə alsaq, dekabrın 30-dan sonra da dərslərin ənənəvi qaydada bərpa olunacağına ümid azdır.

Bəs təhsildə keyfiyyəti necə artırmalı? Hansı alternativ yollar var? Bu gedişlə distant təhsil nə qədər davam edəcək?

Cəbhəyanı bölgələrdə internetə olan məhdudiyyət tədrisə necə təsir edir? Tələbələrə təhsil haqlarında güzəşt olmalıdırmı? Birinci sinifə gedən şagirdlərin hansı çətinlikləri var?

Bütün suallara Musavat.com-un canlı yayımında “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu müəllim, təhsil eksperti Kamran Əsədovla cavab tapmağa çalışacaq. Verilişə aşağıdakı linklər vasitəsilə baxa bilərsiniz.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=157971

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728