İrəvanda hey qalmadı – paytaxt çalxalanır

17.12.2020 - 10:22

Ekspert deyir ki, vəziyyət  daha da gərginləşsə, Rusiya Ermənistana ordusunu da yeridə bilər

Təcavüzkar Ermənistanda daxili sabitliyi heç cür bərpa etmək mümkün deyil. Artıq bir aydan çoxdur ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Paytaxt İrəvanın mərkəzinə toplaşan etirazçılar sentyabrın 27-dən noyabrın 10-na qədər baş verən 44 günlük II Qarabağ müharibəsində Azərbaycan tərəfindən darmadağın edilmələrində, rüsvayçı şəkildə məğlubiyyətə uğramalarında və sonunda kapitulyasiya sənədinə imza atmağa məcbur qalmalarında indiki erməni iqtidarını birbaşa günahkar sayırlar. Müxalifət və erməni əhalisi mövcud böhrandan çıxış yolu kimi Nikolun istefasını görürlər.

Aksiyalar qarşısında isə Paşinyan dirənir və sona qədər vəzifəsindən getməyəcəyini bəyan edir. Görünən də odur ki, onu istefaya göndərmək hələ ki alınmır.

Qeyd edək ki, son olaraq, Paşinyanın bir az nəfəs alması üçün şərait yaranıb. Bu da əsirlərin mübadiləsi çərçivəsində Azərbaycan tərəfin günlər öncə 44 erməni əsirini İrəvana qaytarması ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, bu amil düşmən ölkədə etirazları bir qədər səngidə bilər. Amma bunun çox davam etməyəcəyi bildirilir.

Razi Nurullayev: “Belə xalqı unutmaq, incitmək, onu pis yaşatmaq, ondan  oğurlamaq olarmı?”

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev istənilən halda Paşinyanın istefaya gedəcəyini düşünür: “Ermənistanda hazırda gərginlik davam edir. Düşünmürəm ki, Paşinyan hakimiyyətdə qala bilər. Amma təbii ki, əsirlərin qaytarılması bu və ya digər şəkildə gərginliyi azalda bilər. Lakin məsələ burasındadır ki, ermənilərin cəsədləri çoxdur. Onlar tapılacaq, bundan sonra yüzlərlə erməni cəsədləri sahələrdən yığılacaq və ölkələrinə aparılacaq. Bu da gərginliyi artıracaq. Onun üçün də Ermənistanda gərginliyin azalmasından söhbət gedə bilməz. Düşünürəm ki, Paşinyanın özü də bunu bilməmiş deyil. Onun üçün də müəyyən güzəştlərə getməyə hazırdır. Seçkilərdən danışır, istefasından danışmağa meyllənib və s. Sonunda o, hakimiyyətdən getməyə məcbur olacaq. Amma mənə elə gəlir ki, burada Rusiya faktoru da var. Kreml hələ də hazırkı durumda Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil. Çünki Ermənistanda kiminlə işləyə biləcəyi, kimi hakimiyyətə gətirməsi barədə konkret fikrə sahib deyil. Hələ ki öyrənmə prosesi gedir. Eyni zamanda Dağlıq Qarabağda sülhməramlıların yerləşmə prosesi gedir. Onun üçün də ola bilsin ki, proseslər 1-2 ay çəkə bilər. Bu müddətdən sonra yəqin ki, Rusiya da qərarını verəcək. Paşinyan çox güman ki, əvəzlənəcək. Məğlub bir baş nazir hakimiyyətdə qala bilməyəcək”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli erməni baş nazirin hələ də vəzifəsində qalmasında  bir sıra səbəblər görür: “Bu aksiyalarda müxalifət lazımi kütləni meydanlara yığa bilmədi. Paşinyanın istefa verməməsinə birinci əsas səbəb budur. İkinci səbəb isə onunla bağlıdır ki, Paşinyan artıq ruslara tam təslim olub. Kreml sahibi niyə indiki halda Paşinyanı devirsin? Həmçinin Ermənistanda da anlayırlar ki, Paşinyanın başqa çıxış yolu yox idi. Müharibə bir az da davam etsəydi, Ermənistan dövlət olaraq məhv ola bilərdi. Əsirlərin qaytarılması təbii ki, gərginliyi bir az azaltdı”.

Ekspert onu da bildirdi ki, Ermənistan Rusiyanın qeyri-rəsmi muxtar respublikasına çevrilib: “Ermənistan Rusiyanın əsirliyində olan bir ölkədir. Vəziyyət gərginləşsə, Paşinyan iqtidarına ciddi təhlükə yaransa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müqaviləyə arxalanaraq Rusiya Ermənistana ordusunu da yeridə bilər. Necə ki, Belarusla bağlı Lukaşenkonu qorumaq bəhanəsi ilə bu ölkəyə ordu yeridə bilərik xəbərdarlığını etmişdi. Eyni xəbərdarlıq Ermənistana da edilə bilər. Yəni Paşinyanın arxası güclüdür. Ona görə onu devirmək indiki halda elə də asan məsələ deyil. Amma bunun olması bəlkə də Azərbaycanın xeyrinə cavab verir. Paşinyan devirilsə, onu devirənlər 10 noyabr razılaşmasından çıxa bilərlər. Bu da Azərbaycanın qalan 15% ərazisini tam azad etmək yolunda əl-ayağını açar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031