Aqil Abbas: “İmkanlı kişinin oğlu olduğum üçün tələbə olanda işləməmişəm”

22.01.2021 - 10:49

“Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik”. Milli Məclisin deputatı Siyavuş Novruzovun bu fikiləri ciddi müzakirələrə səbəb olub. Əksəriyyət bu fikirlərinə görə deputatı qınayıb. S.Novruzov sonradan açıqlama verərək, müzakirəyə səbəb olan fikilərinin müzakirəsinin yersiz olduğunu bildirib: “Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim. Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”.

Bəs məşhurlardan daha kimlər Siyavuş Novruzov kimi tələbə olanda daşdan pul qazanıb? Onların bu məsələyə münasibəti necədir? Mövzu ilə bağlı “Yeni Müsavat” bir neçə tanınmışlar arasında sorğu keçirib.

Deputat Fəzail Ağamalı tələbə olanda işlədiyini bildirdi: “Tələbə olanda evdə bir tək atam işləyirdi. Ailəmiz böyük idi. Mən, qardaşım və bacım tələbə idik. Bu səbəbdən gecələr Layihə İnstitutunda növbə çəkir, gündüzlər isə oxuyurdum. Əlbəttə ki, çox çətin idi. Daha sonra 3-cü kursdan Bakı Dövlət Universitetinin qəzeti ilə əməkdaşlıq edir, yazılar, şeirlər yazıb verirdim. Həmin qəzetin baş redaktoru Ağamusa Zeynalov çox gözəl insan idi. Məni qəzetə dəvət edən də o olmuşdu. Maaş da 32 manat idi. Beləliklə, 3-cü kursdan universiteti bitirənə qədər həmin qəzetin ədəbi-işçi ştatında işləyib, 32 manat maaş alırdım. Eyni zamanda 35 manat, bəzən də əlaçı olanda 43 manat tələbə təqaüdü alırdım. Bu pulla özümü təmin edə bilirdim. Xatırlayıram ki, bir tələbə yoldaşım var idi, sonradan çox yüksək səviyyəli alim oldu.

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı: “Özüm yaşadığım üçün heç bir tələbəyə arzulamıram ki, gündüzlər oxuyub, gecələr işləsin”

Onun da ailəsinin maddi imkanları aşağı olduğu üçün gecələr ”Azərbaycan Nəşriyyatı”na gedib, orada çalışırdı, gündüzlər isə oxuyurdu. Əlbəttə ki, istəməzdim ki, tələbə gündüz oxuyub, gecə işləsin, bu çox çətindir. Bunu özüm yaşadığım üçün heç kəsə arzulamıram. Təsəvvür edin, gecə səhərə qədər işləyib, səhər də gəlib auditoriyada mühazirəyə qulaq asmaq istəyirsən, səni yuxu tutur. Ona görə də istəməzdim ki, tələbələrmiz bu cür əziyyət çəksin. Çox yaxşı olardı ki, tələbələrimiz yaxşı oxuyub, yüksək qiymət alsınlar ki, yaxşı da təqaüd alıb, təhsillərini başa vursunlar”.

Aqil Abbas: “Deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilməlidir”

Deputat Aqil Abbas imkanlı ailənin övladı olduğu üçün tələbəlikdə işləməyinə ehtiyacı olmadığını dedi: “İmkanlı kişinin oğlu olduğum üçün tələbə ikən işləməmişəm. Lakin xatırlayırm ki, yataqxanada qalan tələbə yoldaşlarım üçün şərait yaradırdım. Ya da qaldığım kirayəyə qonaq dəvət edirdim ki, istədikləri qədər yeyib-içsinlər. O ki qaldı tələbələrin işləmək məsələsinə, vaxtilə tələbə inşaat dəstələri var idi. Onlar yayda bölgələrə, rayonlara gedib işləyirdilər. Nəticədə yaxşı maaş alıb, bir illik təminatlarını ödəyə bilirdilər. Həm də ayda 40 manat tələbə təqaüdü alırdılar. Təsəvvür edin, bir otaqda 4 tələbə hərəsi ayda 40 manat təqaüdü ortaya qoyub, 160 manatla normal yaşaya, hətta araq da içə bilirdilər. Bəzi tələbə yoldaşlarım var idi ki, televiziya və radio ilə əməkdaşlıq edib, qonorar alırdılar. Məsələn, bir tələbə yoldaşım var idi, o, televiziya çıxış edib, qonorar alırdı. Hansı ki, indi televiziyada çıxış üçün kiməsə və yaxud müğənniyə qonorar verilmir, əksinə, bəzən özləri pul verir ki, efirə çıxsın. Beləliklə, tələbə yoldaşlarımın əksəriyyəti radio və televiziyadakı çıxışlarından aldıqları qonorarla dolanırdılar. Hətta bəzən yüksək qonorar belə alırdılar. Bəziləri isə haradasa gecə gözətçisi işləyirdi. İndi Siyavuş Novruzov deyir ki, ”Tələbə ikən daş daşımışam”. Ola bilər ki, düz deyir, dəqiq bu haqda məlumatım yoxdur. Yəni hamı bilir ki, Siyavuş Novruzov milyoner oğlu olmayıb, ola bilər ki, işləyib. Lakin insanların dediyi sözü kontekstdən çıxartmaq doğru deyil. İndi mənə də söz atırlar ki, guya mən demişəm ki, “Müəllim getsin soğan əksin”. Mən heç vaxt bu sözü deməmişəm. Bu sözü Hadı müəllim demişdi. Yəni demədiyim sözü mənim əleyhimə çevirdilər”.

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu: “Tələbə olanda axşamlar evdə xəritələr çəkib, pul qazanırdım”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu: “İki nəvəmdən biri Amerikada, biri isə İsraildə təhsil alır. Hər iki nəvəm həm təhsil alır, həm də işləyir. Ümumiyyətlə, Avropada, digər ölkələrdə də tələbələr həm oxuyur, həm də işləyirlər və burada heç bir qəbahət yoxdur. Hər zaman deyirəm, o tələbə ki, həm oxuyur, həm də işləyir, o, zəhmətin nə olduğunu daha yaxşı bilir və daha yaxşı da oxumağa çalışır. Mən də tələbə olanda işləmişəm. Atasız böyümüş qız idim, maddi çatışmazlıqlarım var idi. Universitetin 3-cü kursunda axşamlar evdə xəritələr çəkməklə pul qazanırdım”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun  mahiyyətini bilirəm” - VİDEO - ONN İnformasiya Agentliyi

Sosioloq Əhməd Qəşəmoğlu tələbənin dərsdən sonra işləməsi fikrini dəstəkləmədiyini bildirdi: “Tələbəyə şərait yaratmaq lazımdır ki, işləməsin, yalnız oxusun. Mən universitet müəllimiyəm, bu baxımdan bu məsələlərə hər zamn diqqət edirəm. Bəzən görürsən ki, mühazirə oxuduğun yerdə bir tələbə başını qoyub yatıb. Əlbəttə ki, müəllim kimi tənqid edirəm, danlayıram ki, ”belə olmaz”. Sonra məlum olur ki, tələbə səhərə qədər işləyib, sonra da dərsə gəlir. Bu cür təhsil almaq təhsilin keyfiyyətinə çox böyük zərbə vurur. Çalışmalıyıq ki, ölkədəki təhsil sistemini dəyişək. Bizə universiteti bitirəndə ödəniş qəbzini əvəz edən diplom deyil,  həqiqi diplomlar lazımdır. Yəni indi dünyada qloballaşmanın sürətlə getdiyi bir vaxtda yeni nəsil kifayət qədər təhsilli olmalıdır. Əgər hər hansı dövlət önə gedirsə, bu onun təhsili sayəsindədir. Məsələn, qardaş Türkiyədə çox yüksək təhsil verən universitetlər var. Və yaxud Sinqapurun özünü götürək, kiçik bir ölkə təhsilin sayəsində önə çıxa bilib. Yaponiyanın özündə nə faydalı qazıntı, neft yataqları və sairə var. Yaponiya yalnız təhsilin hesabına bugünkü Yaponiya olub. Bu onu göstərir ki, ölkələrin bütün təbii resuslarından öndə onların intellektual resusudur. Biz indi bunun qayğısına qalmalıyıq. Bir daha qeyd edirəm ki, təhsil sistemini dəyişdirməliyik. Biri deyir ki, müəllim dərsdən sonra getsin işləsin, biri də deyir ki, tələbə işləsin. Bir müəllim olaraq bildirirəm ki, bu mövqeyi qətiyyən dəstəkləmirəm. Şəxsən mənə gəldikdə, tələbəlik illərim ötən əsrin 60-cı illərinə təsadüf etmişdi. Biz yataqxanalarda gecə-gündüz oxuyurduq. Ona görə də qrupumuzun 25 tələbəsinin 18-i hazırda elmi dərəcəlidir. Yəni yarıdan çoxu professor, bir neçəsi də akademikdir. Bizə bu cür təhsil lazımdır”.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı  dəqiq vaxtı açıqladı

Tibb elmləri doktoru, professor Adil Qeybulla da qeyd etdi ki, tələbələrin həm təhsil alıb, həm də işləməsi məqsədəuyğun deyil: “Ona görə ki, təhsillə işləmək bir araya sığmır. Əlbəttə ki, işləyən tələbə yorğun olur, bu zaman isə normal dərslərə hazırlaşa bilmir və sairə. Lakin məlum olduğu kimi bir çox tələbələr çətin vəziyyətdən çıxış yolu kimi, işləyirlər.

Xarici ölkələrdə bu məsələ kreditlərlə həll olunur. Yəni tələbə kreditləri var ki, tələbələr işlədikdən sonra tədricən onları ödəyir. Amma bir daha qeyd edirəm ki, tələbənin işləməsi çıxış yolu deyil.

Şəxsən mən tələbə olanda işləməmişəm. Tələbə ikən yaxşı oxuyub, əlaçı təqaüdü almışam. Həmçini, xatırlayıram ki, 100 rubl da “Lenin təqaüdü” alırdım. Bu da az qala iki həkim maaşına bərabər idi. Ona görə də işləmək ehtiyacım olmayıb. Bir sözlə, tələbənin işləməsini düzgün hesab etmirəm”.

Ofislə təmin olunan AĞ Partiyanın sədri Tural Abbaslı: “Müxalifət olaraq bu  prosesdə iştirakda maraqlıyıq”

AĞ Partiya sədri Tural Abbaslı isə sualımızı bu cür cavablandırdı: “Tələbəlik illərim 1999-2003-cü illərə təsadüf edib.  Həmin vaxt vəziyyət indikindən də ağır idi və tələbələr üçün iş tapmaq asan məsələ deyildi.  Nəinki tələbələr, adi vətəndaşlar üçün də iş tapmaq müşkül idi. Mən Bakıda yaşayırdım və kirayədə qalmaq kimi bir dərdim olmadığı üçün işləmək məcburiyyətində qalmamışam, evdən dərsə, dərsdən evə getmişəm. Lakin Bakıda yaşayan tələbələr də var idi ki, onlar yol pulunu tapa bilmirdi. Rayonlardan gələn tələbələr isə kirayədə qalmaq məcburiyyətində idilər. Evdən gələn pul da onların gündəlik tələbatlarına çatmırdı. Yəni tələbə yoldaşlarımızın nə zülm çəkdiyini görürdüm. Azərbaycanda nə o zaman, nə də indiki dövrdə mümkün deyil ki, həm işləyib, həm də oxuyasan. Ya işləmək, ya da oxumaq məcburiyyətindəsən, bu ikisini bir arada həyata keçirmək qətiyyən mümkün deyil. Əgər biz istəyiriksə ki, yaxşı mütəxəssislər yetişsin, sahələr inkişaf etsin, tələbənin təhsil alması üçün şərait yaratmalıyıq. Tələbənin bir fikri olmalıdır – ancaq oxumaq. Tələbə işləyirsə, nə doğru-dürürst işləyə, nə də təhsil ala biləcək. Təsəvvür edin, gecədən səhərə qədər  yanacaqdoldurma məntəqəsində işləyən tələbə dərsə gəlib auditoriyada müəllimin dediklərin necə dinləyə bilər? Və yaxud dərsdən sonra restoranlara qaçıb, ofisiant işləyən tələbə imtahanlara necə hazırlaşa bilər? Bu, ölkəmizdə təhsil sisteminin bərbad olmasından, tələbə şəhərciyinin və universitetlər üçün bazaların olmamasından irəli gəlir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031