QHT-lər hakimiyyətə qarşı birləşdi
Vətəndaş Cəmiyyətinin Müdafiə
Komitəsi bərpa olundu
Azərbaycan Respublikasının
Milli Məclisi 17 dekabr 2013-ci ilə vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə
bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri
Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”
qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə bir sıra əlavələr edib. Əlavələrdə
cərimələrin artırılması, QHT-lərin
fəaliyyətinin 1 il müddətinə dayandırılması,vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin
genişləndirilməsini nəzərdə tutur. Eyni
zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Azərbaycanda
fəaliyyət göstərən bir sıra vətəndaş cəmiyyəti nümayəndələri edilən düzəliş və
əlavələri mürtəce hesab edərək qanunun yeni varinatda dövlət başçısı tərəfindən
imzalanmaması üçün fəaliyyətlərini genişlənidiriblər. Belə ki, ölkənin 30- a yaxın vətəndaş cəmiyyəti fəalı tərəfindən Vətəndaş
Cəmiyyətinin Müdafiəsi Komitəsinin (VCMK) bərpa olunması qərar alınıb. VCMK-nın
03 yanvar 2014-cü ildə keçirilən ilk toplantısında onun yaxın dövr üçün
iş planı müzakirə və qəbul olunub. Qurumun yanvar ayı üçün nəzərdə
tutulan fəaliyyət planına ölkə başçısına, beynəlxalq təşkilatlara və səfirliklərə,
ölkədə fəaliyyət göstərən Koalisiya və alyanslara müraciətlərin edilməsi,
vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Ümumrespulika Forumunun
keçirilməsi, lazım olarsa etiraz aksiyalarının təşkili vəs. Məsələlər daxildir.
VCMK üzvləri hesab edirlər ki, Azərbaycan Respublikasının Milli Məclisin dekbarın
17-də qəbul etdiyi QHT fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə əlavə və dəyişikliklərin
edilməsi 27 iyul 2007-ci il Azərbaycan
Respublikasi Prezidentinin “qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi
Konsepsiyasının təsdiq edilməsi haqqında”Sərəncamına və Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə ziddiyyət təşkil edir. “İnsan hüquqları və əsas azadlıqları
haqqında” Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə turulan yığıncaqlar və
birləşmək azadlığının pozulmasıdır.
Digər tərəfdənbu düzəlişlər beynəlxalq təşkilatlaravə beynəlxalq təşəbbüslərə qoşulan, bu prinsiplərin dövlətin əsas siyasi
xətti olmasını bəyan edən Azərbaycanınqoşulduğu “Açıq Hökümət Tərəfdaşlığı
(AHT)” və Avropa İttifaqının Şərq Tərəfdaşlıq
Təşəbbüsünə ziddir. Eyni zamanda isə bu
dəyişikliklər Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin məhdudlaşdırılmasına
və sıradan çıxarılmasına gətirib çıxarır.
Xatırladaq ki, Vətəndaş
Cəmiyyətinin Müdafiəsi Komitəsinin (VCMK) bir neçə il bundan qabaq Milli Məclis
tərəfindən QHT- lərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik anoloji addım
atılarkən yaradılmışdı və hökümət o zaman bu addımlarını atmağı saxlamışdı.
Hazırda fəaliyyəti bərpa olunan VCMK-
ya ölkənin tanınmış vətəndaş cəmiyyəti fəallarından Qubad ibadoglu, Arzu
Abdullayeva, Leyla Əliyeva, Hafiz Həsənli, İntiqam Əliyev, Elçin Abdullayev,
İlqar İbrahimoğlu, Şəhla İsmayıl, Mehman Əliyev, Oqtay Gülalıyev, Sabit
Bağırov, Azər Mehtiyev, Emin Hüseynov, Rəsul Cəfərov, Mirvari Qəhrəmanlı, Aytəkin
İmranova, Zohrab İsmayıl və digərləri daxildir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3199