Qazax Maliyyə İdarəsində maxinasiyalar

05.01.2014 - 23:46
Samir Şərifovun bölgə kadrı rayonu “kapital işğal”ı altında saxlayır

 
Yalan yerə
demirlər ki, 20 il bir igidin ömrüdür. Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi
Novruz Abdullayev də belə igidlərdəndir. Nə az, nə çox düz 20 ildir ki, maliyyə
idarəsinin başında turp əkir. O, hazırda Qazağın ən pullu admları
siyahısındadır. Yerli-yersiz köçürmə əməliyyatları, idarə, müəssisə və təşkilatların
üzərinə faiz qoyuluşu, öz məqsədi naminə pul köçürmələri, pulun kağız üzərində
nəğdləşdirilməsi və sairə kimi əmliyyatlar qonşusunu 1 inəkli edəndə Novruz
Abdullayevi 5 inəkli etmişdir.Bu haqda cumhuriyyet.az-ni məlumatlandıran mənbə bildirir ki, Qazaxda
“Pinoçet” hakimiyyətinin yardıcısı sabiq icra başçısı, hazırda Ağstafa Mərkəzi
Poçtamtının rəisi işləyən Əsəd Orucovun kadrı olmuş Novruz Abdullayev əyləşdiyi
idarədə rüşvətxorluq və korrupsiya yolu ilə bu gün ağlagəlməz işlərin sahibidir.
Dövlət məmuru kimi kommersiya ilə məşğuliyyətini pərdə altına salaraq oğlunu bu
işə qoşan Abdullayev Qazax Sosial İqtisadi Kollecinin 5 metrliyində dəyəri bəlkə
də 40 min olan əzəmətli obyekti 2 ayın içərisində inşa etdirə bildi. Onun
Bakıda və ya digər yerlərdə də hansı obyektlərin sahibi olması haqqında da fikirlər
söyləyəcəyik. Bunlar hamisi təbii ki, dövlət büdcəsinin havaya sovrulan
pullarının hesabınadır. Mənbənin cumhutiyyet.tv-yə bildirdiyinə görə bu gün səriştəli maliyyə rəisi idarəni özünün dədəsinin
malı kimi fırladır. Adicə hələ təxminən 2011-ci ildə Qazax Rayon Mərkəzi Xəstəxanasına
söylənilənlərə görə təxminən 300 min manat vəsait köçürülmüşdür ki, xəstəxana təmir
edilsin. Sonradan məlum olur ki, həmin ili Qazaxda yeni mərkəzləşmiş xəstəxana
binasının tikintisi nəzərdə tutulub. Bu gün həmin xəstəxananın inşaasına
başlanılıb. Köhnə isə yerlə yeksan edilib. Sual olunur, bir halda ki, bunu
uçuracaqlar, uçurulan yerə küllü miqdarda dövlət vəsaitini “axıtmağa” Novruz
Abdullayevin haqqı çatırdımı? Sən demə torbada “pişik” var imiş. Belə ki, həmin
ili Qazax Mərkəzi Xəstəxanasına işə düzəltdirdiy
stomatoloq gəlininə ayrıca otaq təmir etdirmək və bahalı tibb avadanlıqları
almaq lazım imiş… Son günlərə kimi bu məsələyə cırnaşan diğər diş həkimləri
onu da vurğulayırdılar ki, ” avdanlıq ümümi xəstəxana üçün alınıb. Otaq da
Novruzun hesabına deyil, dövlətin pulu hesabına təmir edilib. İşimiz də növbəli
olduğu üçün bizə nə otaqdan, nə də avadanlıqdan istifadə etməyə icazə vermirdilər.
Çünki bu yalnız Novruz Abdullayevin “hesabına” təşkil olunmuşdu.`

Rayonda qeyd
etdiyimiz kimi elə bir təşkilat yoxdur ki, istər köçürmə əməliyyatı, istərsə də
əməkhaqqı alma zamanı ondan pay ummasın. Məgər elə deyilsə bu qədər var-dövlət
Novruzda haradandır? O, xüsusi ilə də
“maxinasiya”nı Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşovla qurub.
Aldığımız məlumata əsasən Abdullayevin əksər qohum-əqrabası suvarnma sistemləri
idarəsində işləyir. Bildiyimiz kimi orada da nə çoxdur lüzumsız ştatlar və
olmazın “maxinasiyalar”.

Maliyyə rəisi
Qazaxda “gizli kəşfiyyata” keçmiş MMC-lərlə də əlbirdir. O buraxdığı dövlət vəsaitinin
hara xərcləndiyini gözəl bilsə də öz mənafeyi namınə biri ilə də maraqlanmır. Yalnız
Qazağın Kəmərli kənd sakini, vaxtı ilə Qazax Mərkəzi Poçtamtınin baş mühasibi
işləmiş Arif Alıcanovun rəhbərlik etdiyi 2 dənə “Nihat RE” və “Nihat QE” adlı MMC-lərdən
savayı. Həmin MMC-lər də Novruz Abdullayev “tenderindən” keçməklə gəlir gətirən
hər bir işlə məşğuldur. Bir həqiqət carçısı kimi çıxış edən maliyyə yoxlaması,
dövlət əmək müfəttişliyi yoxdur ki, rayonda müxtəlif “əməliyyatlarla” məşğul olan MMC sahibərindən
soruşa ki, ” sən bu qədər işi hansı işçi qüvvəsi hersabına görürsən? Və ya
texniki bazan haradadır?” və s. Maraqlıdır
ki, Qazağa hesablama palatasına kimi yoxlama
gəldi. Eyni zamanda Şəmkir Regional
Maliyyə yoxlaması da bağçadan tutmuş ta böyük təşkilatlara kimi maliyyə
yoxlaması aparır və cinayətə söykənməsin deyə həmin təşkilatlara cüzi cərimələr
yazır. Lakin bunun müqabilində Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi
Novruz Abdullayev bəs hansı cəzanın
sahibi olmuşdur?

Hazırda
rayonda əməkhaqqı alanlardan 10-11 adda müxtəlif faizlərlə tutulmalar aparılır.
Halbuki, gəlir vergisi və pensiya fondundan başqa hamısı saxtadır. Mötəbər mənbədən
alınan məlumata görə ölkənin maliyyə
sistemlərində, məhz bu cürdür. Lakin, başqa yerlərdə 5-6 tutulma olduğu halda Qazaxda
10-11-dir. Təbii ki, Novruz Abdullayev burada maraqlıdır. Kimsə hansısa dövlət
üçün əhəmiyyətsiz bir cəmiyyət yaradıb maliyyə idarəsinə məktub göndərsə ki,
pul köçürmək və ya əməkhaqqı alanlardan pul tutmaq lazımdır, həmin vaxt maliyyə
rəisi etirazsız buna müsbət rəy verir. Bunu rayonda fəaliyyət göstərən idarə,
müəssisə və təşkilatların əməkhaqqı cədvəli tam sübuta yetirir.

Novruz
Abdullayevə gələn gəlirin ölçüsü-biçisi bilinməməyinə baxmayaraq azmış kimi o,
elektron imzalardan da yaxşıca qazanır. Məlumdur ki, idarə, müəssisə və təşkilatlarda
orta və orta ixtisas təhsilli mühasiblər işdən kənarlaşdırılaraq onlar guya ali
təhsillilərlə əvəzləşdirildilər. Əslində bu da bir oyun idi. İndi də, o cümlədən
kəndlərdəki icra nümayəndəliyində çalışan həmin mühasiblər elektron imza
anlayışından bisavaddırlar. Məcburdurlar ki, hər ayın axırı Qazax Maliyyə İdarəsinə
gəlib deyilənə görə Novruz Abdullayevin qohumu olan qadın kadrın “qılıncının”
altından keçsinlər. Bunun da neçə manata başa gəlməsini yenə maliyyə rəisi daha
yaxşı bilir.

İlham Hacalı

Short URL: http://www.cumhuriyyet.net/?p=3200

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930