Talıbovların benzin bazarı

06.01.2014 - 00:08

“Naxçıvanda Məhərrəm Talıbova məxsus NP yanacaqdoldurma məntəqələrində Aİ92 benzinini Aİ95 adına satırlar…”

 

Azərbaycanda yanacağın bahalaşmasından ən çox əziyyət çəkən Naxçıvan
MR-in sakinləridir. Çünki Azərbaycanın digər bölgələrindən fərqli
olaraq, burda yanacaq dövlət qiymətindən də baha satılır, üstəlik
keyfiyyəti də aşağıdır.
MR sakinlərindən biri “AzPolitika.info”-ya yazır ki, hazırda bölgənin
yanacaqdoldurma məntəqələrində 95 oktan benzin yoxdur. Dövlət qiyməti 70
qəpik olan qırmızı rəngli 92 oktan benzin isə əhaliyə 80 qəpiyə
satılır.
“Bu benzin də Bakıdakı ilə eyni keyfiyyətdə deyil. Vətəndaş
soruşanda günahı Bakının üstünə atırlar. Məhərrəm Talıbova məxsus NP
yanacaqdoldurma məntəqələrində Aİ92 benzinini Aİ 95 adına satırlar…”

Bir daha qeyd edək ki, Aİ92 və Aİ95 benzinlərinin dövlət qiyməti
arasında 10 qəpiklik fərq var. Deməli Naxçıvanda əhalinin üzləşdiyi bu
fırıldaqdan kimlərsə asan yolla milyonlarla qazanc götürür.

V.Nəsibov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3201

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30