Ərdoğan hökuməti 5 PKK-çı deputatı həbsdən buraxdı

06.01.2014 - 00:20

PKK-ya qarşı savaşın qəhrəmanı general Engin Alan isə həbsdə qaldı

 
Türkiyədə beş BDP millət vəkili həbsdən azad ediliblər. Musavat.com-un
Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onlar Selma Irmak,
Kemal Aktaş, Faysal Sarıyıldız, Gülser Yıldırım və İbrahim Ayhandır. PKK simpatizanları Konstitusiya Məhkəməsinə etdikləri fərdi müraciət
nəticəsində həbsdən azad ediliblər. Onlar bir neçə il idi ki, terror
təşkilatı üzvü olmaqda ittham edilərək həbs olunmuşdular.

BDP millət vəkilləri Selma İrmak və Faysal Sarıyıldız deputatı olduğu
bölgədə coşqu ilə qarşılanıb. Şırnakın Cizre mahalında minlərlə adam
tərəfindən qarşılanan millət vəkillərini 20 mindən artıq insan görmək
üçün toplaşıb.
Mitinqə bənzəyən qarşılanma mərasimində Faysal Sarıyıldız kütləyə kürdcə
xitab edib. O, kürd xalqına salamlarını göndərdiyini bildirib. O,
terrorist başı Aponun tərəfdarlarına və zindandakı bütün dostlarına
salamlarını göndərdiyini də dilə gətirib.
Sarıyıldız kürdlərin azadlıq mübarizəsinin uğurla nəticələnəcəyini
bildirib. O deyib ki, millət vəkilləri azadlığa çıxsa da, sevincləri tam
deyil, çünki minlərlə yoldaşları azadlıqda deyil. O həmçinin deyib ki,
ömürlük həbs cəzasına məhkum edilən PKK-nın lideri Abdullah Öcalan
həbsxanadan çıxmadan özlərini azad saymayacaqlar.
Millət vəkili Selma İrmak da çıxışında kürd problemi demokratik yollarla
həll edilmədən rahat olmayacaqlarını vurğuladı. O, kürdlərin
mübarizəsinin yüksəldiyini də bildirib.
Lakin Milliyyətçi Hərəkat Partiyasından deputat seçilmiş general Engin
Alan hələ də həbsdədir. PKK terrorçularına, Türkiyəni bölmək istəyənlərə
qarşı savaşların qəhrəmanı olan general hazırda cəza evində qalan
yeganə tutuqlu millət vəkilidir. Qeyd edək ki, Engin Alan Azərbaycanda
da fəaliyyət göstərib və ölkəmizin hərbi elitası ilə sıx münasibətləri
var.
MHP genəl başqanı Dövlət Baxçalı 5 yanvarda keçirtdiyi mitinqlərdə yaranmış bu vəziyyətə görə AKP iqtidarını kəskin tənqid edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3202

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31